"Spartak”ın yarımmüdafiəçisi Denis Qluşakov arvadından ayrılmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, bunu "Super.ru”ya Qluşakovun vəkili Marina Dubrovskaya açıqlayıb:
"Ayyarım öncə Denis Daryadan rəsmən boşanmaq qərarına gəldi. Arvadı ona xəyanət etsə də, müştərim hər şeyin sakitçilik və sülh fonunda yekunlaşmasını istədi”.
Ötən həftə orta xətt oyunçusunun xanımlarla saunada əyləndiyini özündə əks etdirən video yayılıb. Vəkil buna da aydınlıq gətirib:
"Həmin vaxta qədər Qluşakov artıq yarım il idi ki, Darya ilə bir yerdə yaşamırdı. Yəni Denisin boşayacağı qadının bütün təhqir və tənqidləri əsassızdı. Otaqda futbolçunun uşaqlıq rəfiqəsi olub. Özündən çıxan Daryanın "fahişə” adlandırdığı qız da odu”.
Qeyd edək ki, Qluşakov bu yaxınlarda "Spartak”ın məşqlərindən kənarlaşdırılıb.
Fanat.Az