Futbol dünyasının ən məşhur cütüklərindən biri olan Mauro İkardi və Vanda Nara qalmaqallı şəkildə ayrılıb.
Fanat.Az xəbər verir ki, ərinin menecerliyini edən Vanda onu "Instagram"da izləmədən çıxarıb və etdiyi paylaşımla şok effekti yaradıb. Belə ki, futbolçunun xanımı paylaşımda "Bir fahişə üçün ailəni məhv etdin" yazıb.
Mauro İkardi - Vanda Nara
İddialara görə, cütlüyün ayrılmasına səbəb argentinalı aktrisa Çina Suares olub. Bildirilir ki, İkardi ilə Suaresin uzun müddətdir gicli münasibəti var. Vanda Nara bu münasibətdən xəbər tutduqdan sonra ərindən ayrılıb.
Çina Suares
Qeyd edək ki, Vanda Nara əvvəllər digər argentinalı futbolçu Maksi Lopeslə evli olub. Həmin vaxt Lopes və İkardi "Sampdoriya"da oynayıb. Vanda Nara ərinə komanda yoldaşı ilə xəyanət edib. Bundan sonra cütlük boşanıb və İkardi Vanda Nara ilə evlənib.
Vanda Nara - Maksi Lopes - Mauro İkardi