Moskva "Spartak"ının kapitanı Denis Qluşakov həyat yoldaşı Darya Qluşakova ilə boşanır.
Fanat.Az xəbər verir ki, bu haqda futbolçunun vəkili məlumat yayıb. 31 yaşlı oyunçunun ayrılmasına səbəb isə Daryanın ərinə başqası ilə xəyanət etməsidi.
Denis həyat yoldaşının başqa kişi ilə münasibətini bir il əvvəl öyrənib. Qluşakov söhbətin ailə içində həl olunmasına çalışıb. Vəkilin dediyinə görə, son günlər Darya futbolçu ilə münasibətlərini tamamilə korlayıb və ona qarşı müharibə elan edib.
"Bir neçə ay əvvəl Denis xanımı ilə boşanma qərarı alıb. O, bunu dostcasına və sülhlə etməyə çalışırdı. Denis yaxşı atadı və övladlarını çox istəyir. Uşaqlara görə ümumi qərara gəlməyə çalışırıq, amma Darya bunu istəmir" deyə, vəkil bildirib.
Bir neçə gün əvvəl isə Darya Denisin dincəlməyə getdiyi saunaya daxil olaraq, orada onun qızla videosunu çəkib və yayıb. "Onlar yarım ildi ki, ayrı yaşayırlar. Denis istədiyi kimi yaşaya bilər" deyə, vəkil sözlərinə əlavə edib.