Hazırda Qətərin "Əl-Qarafa" klubunda çıxış edən Uesli Sneyderin aktrisa həyat yoldaşı Yolante Kabaudan boşanmasının səbəbi bəlli olub.
Fanat.Az xəbər verir ki, Hollandiya mətbuatı futbolçunun həyat yoldaşını döydüyünü iddia edib. Bildirilir ki, Kabau ərinin ona xəyanət etdiyini öyrənib. Bundan sonra onların arasında mübahisə yaranıb və Sneyder həyat yoldaşını döyüb.
Bundan başqa, Sneyderin transferləri səbəbindən tez-tez ölkə dəyşdirmələrinin də həyat yoldaşının narazılığına səbəb olduğu bildirilir.
Qeyd edək ki, Sneyder boşanmadan sonra həyat yoldaşına 19 milyon avro təzminat ödəyəcək.
Fanat.Az