Müğənni Cennifer Lopesin beysbolçu sevgilisi Aleks Rodrigeslə bağlı daha bir şok məlumat yayılıb.
Fanat.Az xəbər verir ki, idmançının nişanlısını keçmiş həyat yoldaşı ilə aldatması ilə bağlı iddialar müzakirə olunduğu vaxtda Rodrigesin bir modelə erotik mesajlar yazdığı üzə çıxıb.
İddianın sahibi isə 44 yaşlı "Playboy" modeli Zoe Corciadı. Model bildirib ki, beysbolçu ona cinsiyyət orqanının şəkilin göndərib və erotik mesajlar yollayıb. Bu yazışmalar bu ilin 22 yanvarınadək davam edib.
"Playboy" modeli həmçinin iddia edib ki, Rodriges ona qrup sesk təklif edib. Onun sözlərinə görə, idmançı ondan qrup seks üçün yer tapmağı və rəfiqələrini dəvət etməyi istəyib.
Zoe Corcia Cennifer Lopesə qarşı belə haqsızlığı qəbul etmədiyi üçün sirrləri açıqladığını deyib. "The Sun"a danışan model əlində "WhatsApp" mesajlarının olduğunu da əlavə edib.