Basketbolçudan boşandı, basketbolçu ilə sevgili oldu - FOTOLAR
Veteran basketbolçu İbrahim Kutluaydan qalmaqallı şəkildə boşanan Demet Şener özünə yeni sevgili tapıb.
Fanat.Az xəbər verir ki, martın əvvəlində rəsmən boşanan modelin yeni sevgilisi də veteran basketbolçudu. Belə ki, Demet Şener hazırda Cenk Küpeli ilə birlikdədi.
Model Türkiyə mətuatına açıqlamasında xəbəri təsdiq edib. Cenk Küpeli ilə münasibətlərinin qısa müddət əvvəl başladığını bildirən Demet Şener heç kimdən gizlənmədiklərini, əl-ələ gəzdiklərini və yaxın vaxtlarda sevgilisi ilə sosial mediadan paylaşacağını deyib.
Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü olan Cenk Küpeli "Beşiktaş"ın konqres üzvüdü.