"Mənim 12, bacımın 14 yaşı olanda məktəbin basketbol məşqçisi Dueyn Ueynin seksual təcavüzünə məruz qalmışıq”.
Fanat.Az xəbər verir ki, bunu Bellator liqasının yenilməz çempionu İlima-Ley Makfarleyn deyib.
30 yaşlı idmançı başına gələnləri ABŞ mətbuatına danışıb: "Onun əlində hər şey var idi. Hamı Ueyndən çəkinirdi. Mən isə uşaq idim. Bizə pornoşəkillər göndərir, ona toxunmağımızı tələb edir, əvəzində pul verəcəyini deyirdi. Əminəm ki,məktəbdə bilirdilər, amma dəhşətin davam etməsinə göz yumurdular. Buna görə də, basketbola olan marağım itdi. Halbuki peşəkar basketbolçu olmaq, NBA-da oynamaq istəyirdim”.
Qeyd edək ki, bir müddət öncə Dueyn Ueynin azyaşlılara yenə seksual təcavüz etməsiylə bağlı əsaslı şübhələr yaranıb. Ona qarşı ifadə verənlərdən biri də Makfarleyn olacaq.
Fanat.Az