Braziliyalı supermodel İzabel Qular özündən 6 yaş kiçik Kevin Trappın həyat yoldaşıdı.
Fanat.Az xəbər verir ki, "Instagram"da 5 milyon izləyicisi olan model həyat yoldaşından daha populyardı.
Braziliya mətbuatı cütlüyü bir gün belə, rahat buraxmır. Sözügedən ölkənin mətbuatına inansaq, Qular karantindən qabaq keçmiş sevgililərindən olan biznesmen Marselo Kosta ilə görüşüb. İddialara görə, PSJ-nin və Almaniya millisinin qolkiperi daha Qulara əvvəlki qədər maraq göstərmir və məhz İzabelin həyatındakı kişilərin çoxluğu qolkiperi bezdirib.