Məşhur model İzabel Qular modellər arasında ən çox idmanla məşğul olan və fiziki durumuna diqqət edən simalardan biridi.
Fanat.Az xəbər verir ki, alman qapıçı Kevin Trappla evli olan braziliyalı model sosial media hesabından idmanda çəkilmiş videolarını paylaşaraq izləyicilərinə məsləhətlər verir.
Onun son
idman videosu "Instagram"da 1,2 milyondan artıq "like" qazanıb.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü İtaliya əsilli braziliyalı model San Pauloda meyvə alış-verişi edərkən kəşf edilib. "Victoria Secret"lə 2005-ci ildə müqavilə imzalamasına rəğmən 2008, 2009 və 2010-cu illərdə dəfilələrdə iştirak edib.
Fanat.Az