Koronavirusa yoluxduğu üçün İspaniya millisinin AVRO-2020 üçün heyətindən çıxarılan Markos Llorente istirahətə yollanıb.
Fanat.Az xəbər verir ki, "Atletiko"nun formasını geyinən futbolçu koronavirus testi müsbət çıxdıqdan və heyətdən kənarlaşdırıldıqdan bir neçə gün sonra model sevgilisi Patrisiya Noarbe ilə Yunanistana üz tutub.
Onlar hazırda Mikonosda istirahət edir. Patrisiya Noarbe sevgilisi ilə səmimi görüntülərini sosial media hesabından paylaşıb.
Aydın