Milli Futbol Liqasını (amerikan futbolu) təmsil edən "Çikaqo Bears”ın üzvü Rokuan Smit karantin qaydalarını pozub.
Fanat.Az "The Sun” (San) qəzetinə istinadən xəbər verir ki, Smit yaxtada parti təşkil edib və şənliyə bir neçə qız çağırıb. Modellərin arasında pornoaktrisa Abella Deyncer də olub.
İdmançı partidən çəkilən şəkilləri sosial şəbəkədə paylaşıb və bəzi təqibçiləri tərəfindən tənqid atəşinə tutulub.
Fanat.Az