Braziliyanın "Palmeyras” klubunda çıxış edən Luis Adrianonun həyat yoldaşı Yekatrina Dorojka maraqlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, rusiyalı model qaradərili futbolçu ilə evləndiyi üçün ölümlə təhdid olunduğunu bildirib.
Yekatrina ağır günlər keçirdiyini deyib: "Mənim ölümümü, ailəmin xəstəlik tutmasını arzulayan insanlar var idi. Məni tapacaqlarını və öldürəcəklərini yazırdılar. Çünki qaradərili insanla evlənmişdim. Lakin dözdüm və indi Braziliyadayam. Dünyaya baxışıma görə ailəmə təşəkkür edirəm. İnsanlar eynidi, qaradərili və ya ağdərili deyə ayırmaq lazım deyil. Əgər cənnət və cəhənnəm varsa, cəhənnəm bu dünyadı. Kaş bütün insanlar mehriban olaydı”.
Qeyd edək ki, Dorojka bu etirafı ABŞ-da polis tərəfindən öldürülən afroamerikalı Corc Floyda görə edib.
Fanat.Az