Azərbaycan Tennis Federasiyasının prezidenti, millət vəkili Oqtay Əsədovun Şüvəlandakı villasının görüntüsü yayılıb.
Fanat.Az xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli yazıb.
Onun sözlərinə görə, Oqtay Əsədovun Şüvəlanda 2 hektardan artıq ərazini əhatə edən villası var. Villanın ərazisində xaricdən gətirtdiyi mütəxəssislər tərəfindən quraşdırılmış biri açıq, digəri qapalı olan 2 tennis kortu və futbol meydançası yerləşir.
Qeyd edək ki, Oqtay Əsədov Milli Məclisin keçmiş sədridir.
Fanat.Az