12:42 13.09.2020 4753

Ərəb şeyxi ilə ailə quran azərbaycanlı gimnastın acı həyat hekayəsi: Yemək, su yox, 9 aydır... - VİDEO

Azərbaycanın tanınmış gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı çıxılmaz vəziyyətdfə qalması barədə instaqram hesabında müraciət yayıb.

Bu barədə Britaniyanın "Daily Mail” nəşri məlumat yayıb.

"Onlar valideynlərimi aparırlar, indi uşaqlarımı da məndən qoparacaqlar”, - Zeynəb Cavadlı İnstaqram hesabında paylaşdığı videogörüntüdə ağlayaraq bu sözləri söyləyib.



Bundan əlavə, Z.Cavadlı son 9 ay ərzində fiziki və mənəvi istismara məruz qaldığını, təqib olunduğunu iddia edib:

"Uşaqlarımı yadlara təslim edə bilmirəm. Onlar mənimlə necə belə davrana bilərlər? Burada qanun yoxdur. Şeyxin meneceri də məni təqib edirdi. Heç kim mənə kömək etməyə çalışmadı. Dedilər ki, bu, Şeyxin məsələsidir və biz heç nə edə bilmərik. Yemək yox, su yox, heç bir şey yoxdur. Doqquz aydır təqib olunuruq. Qapımı sındıracaqlar və övladlarımı aparacaqlar”.

O, məruz qaldığı təcavüzə dair dəlil olan mobil telefonunun da əlindən alındığından şikayətlənir.



Ürəkləri parçalayan digər detal isə videoda səsi eşidilən balaca uşağın söylədikləridir. O, "bizi heç bir yerə apara bilməzsiniz” deyə villanın həyətində görünən insanlara səslənir.

Nəşr Z.Cavadlının acınacaqlı vəziyyətini Dubayın milyarder hökmdarı Şeyx Məhəmməd Bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Şahzadə Haya ilə müqayisə edib.

Zeynəb dostlarının onunla əlaqə saxlamağa dəfələrlə cəhd göstərdiklərinə baxmayaraq, İnstaqramdakı paylaşımlarından sonra onlarla heç bir əlaqə yarada bilmədiyi üçün dostlarının "tutulduğundan” qorxur.



Zeynəbin dostlarından biri "Daily Mail”ə danışıb: "Uşaqlarını ondan alıb saraya qaytarmağa çalışdıqları üçün özünü otaqda kilidləməli idi. Hamımız çox narahatıq, çünki Zeynəbdən bir neçə saatdır xəbər ala bilmirik. Son 9 ayda çox əziyyət çəkdi. O, Dubaydan uşaqları ilə ayrılıb daha azad bir həyat yaşamaq istəyir. Ümid edirəm ki, o, sağ-salamatdır, amma ona kömək edə biləcək heç kim yoxdur. Zeynəb yardım üçün Azərbaycan səfirliyi ilə də əlaqə saxladı, ancaq edə biləcəkləri bir şey olmadığını dedilər”.

Başqa bir dostu isə belə əlavə edib: "Onu qorxutmağa və təqib etməyə çalışdılar, amma Zeynəb güclüdür və təslim olmaqdan imtina etdi. Uşaqlarını götürərək Dubayı tərk etmək qərarına gəldi, lakin Şeyx buna imkan vermir və müxtəlif yollara əl atır”.



Dubaydakı digər ölkələrdən olan insanların hüquqlarını müdafiə edən "Detained International”ın insan hüquqları üzrə vəkili David Haigh Zeynəbin işindən bir müddətdir xəbərdar olduqlarını bildirib: "Bu vəziyyətdə olan bəzi qadınlar qaçmağı bacardı, amma çox təəssüf ki, əksəriyyət qaça bilmir. Dubayda, ümumiyyətlə, qadınlara qarşı çox pis davranılır. Onlar insan haqlarından məhrum edilir və istədikləri kimi yaşamalarına icazə verilmirlər. Zeynəb zülmə məruz qalan kral ailəsinin üzvüdür. O, hədə-qorxu və təqiblə üzləşir, qorxuram ki, onun üçün bu, yaxşı bir nəticə verməyəcək”.


Qeyd edək ki, cütlük 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il də evləniblər. Onların bu evlilikdən 3 övladı dünyaya gəlib. Həyat yoldaşı Zeynəbdən 15 yaş böyük olub və bu, şeyxin 3-cü evliliyi idi.

Səid Əl Məktum Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğludur.(Publika.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X