Sörfinq bu idman növü ilə 13 yaşından məşğul olan Lora Kreynin ən sevimli peşəsidi.
Xarici görünüşünə görə 6 ildir ki, müxtəlif jurnallarda poz verən britaniyalı idmançının hazırda 25 yaşı var. Ölkəsinin ulduz qadınlarından olan Lora müxtəlif geyim firmalarıyla reklam müqavilələri bağlayıb. O, həm də aktiv "Instagram" istifadəçisidi. Kreyn yetərincə istedadlı sörfinq ustasıdı. Hərçənd zəif çıxış etdiyi yarışlarda belə, qaliblər qədər diqqət mərkəzində olur.