18:27 17.05.2020 252

Mahir Emreli: "Evlənməməyim legioner həyatı yaşayacağımla bağlı ola bilər"

Azərbaycan milli komandası və "Qarabağ”ın futbolçusu Mahir Emreli "Report”un "Instagram” səhifəsində canlı yayımda sulları cavablandırıb. 23 yaşlı hücumçu karyerası və şəxsi həyatı ilə bağlı danışıb.

"Gələcəkdə ölkə xaricində çıxış edə bilərəm"

- Artıq 2 aya yaxındı Azərbaycanda karantin rejimi tətbiq olunur. Bu müddətdə vaxtınızı necə keçirirsiniz və əsas məşğuliyyətinləriniz nədən ibarətdi? Yəqin ki, idmançı üçün evdə qalmaq daha çətindi...

- Əlbəttə, çətindi. İlk növbədə, fiziki durumla bağlı problemlər yaşayırsan. Çalışıram ki, onlayn məşqlərlə formamı qoruyum. Məşqlərdən əlavə, ailəmlə maksimum vaxt keçirməyə çalışıram. İdmançı həyatı elədi ki, ailəyə çox vaxt ayıra bilmirsən. Komanda yoldaşlarımızı ailə üzvlərimizdən daha çox görürük. Həmçinin kinolara baxır, tək qalanda kitab oxuyuram.

- Azərbaycanlı futbolçuların mütaliə ilə elə də arası yoxdu. Bu mənada yəqin ki, nadir oyunçulardansınız. Son vaxtlar hansı kitabları oxumusunuz?

- Millidə olduğum zaman əksər futbolçularımızın, məsələn, Emin Mahmudov, Qara Qarayev, Bəhlul Mustafazadə və Təmkin Xəlilzadənin kitab oxuduqlarını görmüşəm. Özüm də mütaliəni xoşlayıram. İnsan bioqrafiyaları ilə daha çox maraqlanıram. Ən sevdiyim əsər Zlatan İbrahimoviçin kitabıdı. Hazırda Məhəmməd Salahın avtobioqrafiyasını oxuyuram. Luis Suaresi də oxumuşam. Bu yaxınlarda iki yeni kitab götürmüşəm. Biri "Qalatasaray”ın tarixi, digəri isə Ser Aleks Ferqyusonun həyatı haqqındadı.
 


- Karantin dövründə evdə qalmaq sizə nəyi öyrətdi?

- Həyatın mənasını. Başa düşürsən ki, insan məhdud çərçivədə qalanda özünü necə pis hiss edir. Dəyərlərimizi, təbiətimizi qorumalıyıq. Çünki belə vəziyyətlərdə dərk edirik ki, təbiətin bizə yox, bizim təbiətə ehtiyacımız var. Ona görə daha çox bunlar barədə düşünməliyik.

- Legioner futbolçulara karantin dövründəki məşğuliyyətləri barədə sual verəndə digər işlərlə yanaşı, mətbəxdə də vaxt keçirdiklərini, müxtəlif yeməklər hazırladıqlarını, evdə həyat yoldaşlarına kömək etdiklərini deyirlər. Bəsi siz hansı yeməkləri bişirə bilirsiniz?

- Təzəlikcə evdə pomidor-yumurta bişirməyi öyrənmişəm (gülür). Evdəkilərə sahurda bu yeməyi hazırlayıram. Maksimum edə biləcəyim budu. Amma pomidor-yumurta bişirəndən sonra bu işə marağım daha çox artdı. Anam evdə yemək hazırlayanda oturub baxır, nə isə öyrənməyə çalışıram. Çünki həyatın işini bilmək olmaz, gələcəkdə ölkə xaricində çıxış edə bilərəm. Belədə tək yaşamalı olacağam. Düşünürəm ki, nə vaxtsa bunlara ehtiyacım olacaq.

"Mövsümün bərpasının tərəfdarıyam"

- Yeri gəlmişkən, bu gün əksər futbol həvəskarları istəyirlər ki, Mahir Emreli legioner həyatı yaşasın. Bildiyimiz qədərilə bir neçə belə fürsətiniz olub. Məsələn, ötən yay "Sevilya”nın B komandasından təklif gəlib, amma getməmisiniz. Maraqlıdı, sizi Azərbaycanda saxlayan nədi?

- İnsanlar bu qədər istəyirlərsə, düşünün, mən nə qədər arzulayıram. Sadəcə "legioner həyatı yaşadım” demək xatirinə getmək də düzgün deyil. "Sevilya” məsələsinə gəldikdə, B komandasında oynamaq təklif olunmuşdu. Klubun idman direktoru Ramon Monçi ilə danışıq aparılarkən demişdi ki, əvəzedicilərdə 6 ay oynayacaqsan, sonra səni əsas komandaya götürəcəyik. Həmin vaxt Avropa Liqasının qrupuna vəsiqə qazandıq. Təkcə Azərbaycan Premyer Liqasında mübarizə aparsaydıq, bu haqda düşünmək olardı. 
 


Amma avrokubokların qrupunda oynayanda bazarın içində olursan. Ona görə fikirləşdim ki, 6 ay da qalım. Planda olmayan zədələr bir az narahatlıq verdi. Ümid edirəm ki, legioner həyatı mənə bir gün doğrudan da qismət olacaq. Bunu həqiqətən isəyirəm. Hər müsahibəmdə deyirəm, bir daha təkrar edirəm ki, məsləhət alacağım insanlar var. İlk növbədə, baş məşqçimiz Qurban Qurbanov və kapitanımız Rəşad Sadıqovla danışacağam. Əslində indi də tez-tez bu barədə söhbətlərimiz olur, müəyyən şeyləri müzakirə edirik. Verəcəyim hər bir qərar onlarla məsləhətdən sonra olacaq.

- Bir neçə gün öncə "Qarabağ”ın futbolçuları koronavirus testindən keçdilər. Nəticələr məlum olub?

- Yox, hələ cavablar açıqlanmayıb. Dedilər ki, 2-3 günə bəlli olacaq.

- Hakimlərin və komandaların testdən keçirilməsi qarşıdakı günlərdə ən azı məşqlərin bərpa olunacağı anlamına gələ bilərmi?

- Yoxlanışdan keçəndə bu sualı vermək istədim. Sonradan düşündüm ki, nə isə olsa, özləri deyəcəklər. Ümid edirəm ki, testin cavabları hamıda yaxşı çıxdıqdan sonra ən azı məşqlərə icazə verəcəklər. Bu, çempionat bərpa olunanadək forma yığa bilməyimiz üçün lazımdı. İki aydan çoxdu futboldan ayrı qalmışıq. Bu da idmançı üçün az müddət deyil. Amma istənilən halda, nə qərar verilsə, əməl etməliyik.

- Mövsümün bərpası ilə yanaşı, ləğvi də gündəmdədi. Elə ölkələr var ki, çempionatları davam etdirilməyib. Hətta çempionun elan olunmadığı liqalar da mövcuddu. Bu cür hallar Azərbaycan Premyer Liqasında baş versə, münasibətiniz necə olar?

- Elə bu səbəbdən çempionatın dayandırılmasını, ləğv olunmasını heç vaxt istəməmişəm. Mövsümün bərpasının tərəfdarıyam. Həm oyun praktikası, həm forma yığmaq məsələsi var. Nə qədər məşq etsən də, futbol matçları tam fərqli olur. Məşq zamanı elə hərəkətlər edirsən ki, bəlkə də həmin şans oyun zamanı heç vaxt ələ düşmür. Fikrimcə, hamı mənim kimi, çempionatın bərpasını istəyir. Çünki futbol üçün çox darıxmışıq. Ümid edirəm ki, yaxın zamanda oyunlar yenidən başlayacaq.

- Mütəxəssislər idmançıların karantin müddətindən sonra psixoloji dəstək almalı olduqlarını düşünürlər. Siz futbolçular üçün belə bir yardıma ehtiyac varmı?

- Məncə, bu, insanın özündən asılı olan məsələdi. Düşünürəm ki, burada mentalitet söhbəti də var. Baxırsan ki, bizdə virusa inananlar da, inanmayanlar da var. Yenə deyirəm: Bu, hər kəsin öz psixoloji durumu ilə bağlıdı. Kiminsə ehtiyacı varsa, onsuz da gedib həmin dəstəyi almalıdı.

"Ordakı insanları görəndə qəribə hisslər keçirdim"

- Bu yaxınlarda komanda üzvləri ilə birlikdə Ağdama səfər etmişdiniz. Hansı təəssüratlarla qayıtmısınız...

- Həqiqətən maraqlı alındı. Oradakı insanları görəndə qəribə hisslər keçirdim. Üzlərində həm sevinc, həm də kədər var idi. Onların yaşadığı durumu görmək insanı düşündürür. O insanların tək bizə, ora gedən futbolçulara yox, bütün xalqımıza, onun dəstəyinə ehtiyacı var. Hər birimiz çalışdığımız qədər onlara dayaq olmalıyıq. Mənim üçün ən toxundurucu məqam Quzanlıdakı Olimpiya Kompleksinin stadionuna ayaq basmağım oldu. İlk dəfə idi orada olurdum. Bir anlıq təsəvvür etdim ki, o stadionda oynayıram. İstərdim ki, Quzanlıda ən azı bir oyun keçirə bilim.

- Bu gün bir çox rayonda karantin rejimi ləğv olunub. Bu mənada "Qarabağ” çempionat bərpa olunanadək gedib Quzanlıda məşq edə bilərmi?

- Quzanlıda meydanın ot örtüyü yaxşı vəziyyətdə deyildi, keyfiyyəti pis idi. Bilirsiniz, bu, artıq rəhbərliyin işidi. Desələr ki, orada təlim-məşq toplanışı olacaq, hər birimiz gedərik. Yəni, bu, futbolçuların verə biləcəyi qərar deyil.

- Səfər zamanı Ağdamın icra başçısı Vaqif Həsənovla da görüşdünüz...

- "Qarabağ” klubu, futbolçular haqqında çoxlu xoş söz eşitdik. Həqiqətən də bizi çox gözəl qarşıladılar, qayğımıza qaldılar.

- İcra başçısı ilə görüşdə "Qarabağ”ın ən azı bir oyunu Quzanlıda keçirməsi təklif olundumu?

- Açığı, biz futbolçular çox vaxt kənarda olduq. Daha çox Qurban Qurbanov və klubumuzun direktoru Əmrah Çelikellə söhbət etdilər. Ona görə bu barədə heç nə deyə bilmərəm. Yəni, söhbətdən xəbərim yoxdu.

"Adama deyərlər ki, qızdırmalısansa, meydana çıxma"

- Təqribən bir il əvvəl ailənizdə problem oldu. O hadisə karyeranıza nə kimi təsir göstərdi?

- Mən açıq danışmağı sevirəm. Düzdü, həmin ərəfədə aşağı səviyyədə keçirdiyim oyunlar oldu. Amma hər matçda yaxşı çıxış etmək kimi bir anlayış yoxdu. Dünya ulduzlarının da oyunu alınmaya bilər. Öz oyunlarıma baxırdım. Yeganə problemim qol epizodlarını dəyərləndirə bilməməyim idi. Bu hadisənin də haradasa təsiri olurdu. "Bakı"nın aşağı yaş qrupları üzrə komandalarında çıxış etdiyim vaxt Mustafa Adnan Yazıcıoğlu adlı baş məşqçimiz var idi. Həmin dönəmlərdə azarkeşlərin davranışları mənə çox pis təsir edirdi. Adnan hoca da hücumçu olub. Futbol oynayanda təkbətək epizodları qaçırarmış. 
 


Bir dəfə 38 - 40 dərəcə qızdırma ilə oyuna çıxıb. Deyir, qızdırmalı olduğunu, oyunda hansı hisslər keçirdiyini yalnız sən bilirsən. Azarkeş isə bilmir. Onlar sadəcə görürlər ki, sən qaçmırsan, mübarizə aparmırsan. Adnan hoca deyirdi ki, durub hamısına izah etməli deyilsən ki, oyuna qızdırmalı çıxmışam. Adama deyərlər ki, qızdırmalısansa, meydana çıxma (gülür). Hər probelemi demək də olmur, insan bunu öz içində yaşayır. Özünüz də gördünüz ki, daha sonra hər şey bilindi. İnsanlar da vəziyyəti anlayışla qarşıladılar. "Oldu-keçdi" deyib rahatlaşıram. Bu da mənim üçün bir həyat təcrübəsi idi. Düşünürəm ki, həyatda hər bir çətinlik olur. Ən önəmlisi, bunların öhdəsindən gəlməyim, komanda yoldaşlarım, rəhbərlik və məşqçilərimin yanımda olmaları idi. Onlar mənə çox böyük dəstək verdilər.

- Oxucumuz soruşur ki, Mahir üçün Mədətov soyadı düşərli oldu, yoxsa Emreli?

- Ümumiyyətlə, düşərli və düşərsiz söhbətinə inanmıram. Bu, mənim üçün o qədər də fərq etmir.

- Bəzən çox tənqid olunur, hansısa oyunları qol epizodları çox qaçıırırsınız. Həmin vaxt tənqidləri qəbul edərək, bunlarla razılaşırsınız?

- Doğru tənqiddirsə, əlbəttə, razılaşıram. Heç kim deyə bilməz ki, razılaşmıram. Amma bəzən epizoda aid olmadığım anda mən tənqid olunuramsa, sadəcə zarafat edib diqqət mərkəzinə düşmək üçün ortaya söz atılırsa, fikir vermirəm.

- Bir müddət öncə evinizdən oğurluq olmuşdu. Bununla bağlı istintaqa ifadə vermisiniz?

- Bəli.

- Həmin şəxslərin sizdən əvvəl 13 evdən oğurluq etdikləri deyilir. Sizə dəymiş maddi ziyan ödənilibmi?

- Biri 13 ev deyir, digəri bildirir ki, girilən 100-cü ev biz olmuşuq. Bəziləri deyir ki, həmin uşaqlar bir ildə milyon manat pul oğurlayıblar. Məbləğ geri ödənilməyib, çünki hələ də istintaq davam edir. Pandemiya səbəbindən prosesə bir qədər ara verildi.

- Oxucumuz soruşur ki, ailə həyatı qurmağı düşünürsünüz?

- Xeyr. Hələ ki, düşünmürəm.

- Bu, ana-bacınızın yanında qalmağınızla bağlıdı? Gələcəkdə legioner həyatı yaşasaydınız, bu məsələ gündəmə gələ bilərdi?

- Həm də legioner həyatı yaşayacağımla bağlı ola bilər. Ailə quranda daha çox yük götürmüş olursan. Legioner həyatı yaşadıqda isə xaricə gedəcəksən. Orada alınacaqmı, alınmayacaqmı? Ailən olduğu zaman bu, daha ağır olur. Məncə, hər şey sıra ilə olmalıdı.

- Oxucumuzdan daha bir sual: Ötən müsahibələrinizdən birində namaz qılıb oruc tutduğunuzu demisiniz. Hansı əqidəyə mənsubsunuz?

- Bu barədə müzakirələri o qədər də sevmirəm. Hamımız müsəlmanıq. Namazımızı qılır, ibadətimizi edirik. Bu, hər bir müsəlmanın borcudu.
 


"Millidə taktiki düzülüş yox, psixoloji durum daha vacibdi"

- Niyə "Qarabağ”da 11, milllidə 10 nömrəli formanı geyinirsiniz?

- İki nömrəni də bəyənirəm. Sadəcə, millidə "11" Ramil Şeydayevdə olduğundan, 10 nömrəli formanı geyinirəm. Mənim üçün nömrənin o qədər də önəmi olmur. İkisi də sevdiyim rəqəmlərdi.

- "Qarabağ”da oynamasaydınız, Azərbaycanda hansı komandada çıxış edərdiniz?

- Hələ də fəaliyyət göstərsəydi, "Bakı”da oynamaq istəyərdim. Amma düzü, yaxın gələcəkdə sırf Azərbaycanda özümü "Qarabağ”dan başqa heç bir klubda təsəvvür etməmişəm və heç vaxt bu sualın cavabı barədə düşünməmişəm.

- Milli komandada baş məşqçi postu boşdu. Ötən müddətdə bir neçə mütəxəssisin adı hallanıb. Yığmada yerli, yoxsa əcnəbi mütəxəssisin çalışmasını istərdiniz?

- Bu barədə çoxlu suallar olub. Hər müsahibəmdə demişəm ki, yerli baş məşqçinin olması daha yaxşıdı.

- Azərbaycanda millidə işləyə biləcək baş məşqçilər kimlərdi?

- Kimin olduğunu deyə bilmərəm, amma azərbaycanlı olmasını çox istəyərəm. Çünki bizim mentalitet tam fərqlidi. Xarici mütəxəssislər gələr, o qədər də söhbət etməzlər. Bizdə mentalitet elədi ki, daha çox söhbət etmək, yaxınlıq qurmaq lazımdı. Bu, bizə daha rahat olmağımız üçün lazımdı. Öz mütəxəssislərimiz hər bir oyunçunun xarakterini daha yaxşı bilirlər. Yerli baş məşqçi bizim üçün psixoloji üstünlükdü. Həm də millidə taktiki düzülüş çox da önəmli deyil. Yığmada daha çox psixoloji durum vacibdi. Millidə oyunlara hazırlaşmaq üçün müddət az olur. Bu, klub deyil ki, təlim-məşq toplanışı keçəsən, hazırlaşasan. Milli tam fərqli ab-hava deməkdi.



"Bombardirlik mənim üçün həmişə ikinci planda olub"

- Sizcə, "Qarabağ”da ən güclü futbolçu kimdi?

- Hazırda Abdullah Zubirdi, mən onu bəyənirəm. Ümimilikdə isə birlikdə oynamasam da, ən çox bəyəndiyim futbolçu Leroy Corc olub. Zubir və Corcun arasındakı dövrdən isə Dani Kintananın adını çəkərdim.

- Bəs ən çox sevdiyiniz kitab və mahnının adı nədi?

- Ən çox sevdiyim kitab "Mən Zlatan İbrahimoviçəm” adlanır. Mahnıya gəldikdə, fransalı repçi Boobanın ifalarını bəyənirəm.

- Ən sevdiyiniz və azarkeşlik etdiyiniz komanda hansıdı?

- Ən sevimli komandam "Qarabağ”dı (gülür). Amma uşaqlıqdan "Qalatasaray”a azarkeşlik edirəm.

- Niyə məhz "Qalatasaray”: Bu komandanı sizə kim sevdirib?

- İlk növbədə, oyunçuları. İstər George Haci olsun, istər Hakan Şükür, istərsə də Arda Turan. Harri Küell də var idi. Bu klubu bir çox oyunçularına görə sevmişəm. Həm də dayılarım daha çox futbolla maraqlandıqları üçün uşaqlıqdan görürdüm ki, hamısı "Qalatasaray” azarkeşidi. Fanatı olduğum komanda "Qalatasaray”dı.

- Ən yaddaqalan qolunuzu hansı komandaya vurmusunuz?

- Bir çox önəmli qollarımı sadalaya bilərdim. Amma əlbəttə, ən yaddaqalan qolum 2017-ci ildə Bakıda Çempionlar Liqasının ilk "pley-off" matçında Danimarka Kopenhageninə vurduğumdu. Çünki o qolun önəmi böyük oldu. Çempionlar Liqasının qrup mərhələsinə yolumuz açıldı.

- Çempionat davam etsəydi, yenə bombardir ola bilərdinizmi?

- Bombardirlik mənim üçün həmişə ikinci planda olub. Komandama fayda verməyin daha çox tərəfdarı olmuşam. Amma epizod olanda yararlanmağa, bacardığım qədər çoxlu qol epizodlarına girməyə çalışıram. Düşünürəm ki, bombardirlik ikinci planda olmalıdı. Önəmlisi, komanda üçün oynamaqdı.



"Futboldan getdikdən sonra fermada yaşayacağam"

- Bu yaxınlarda Zlatan İbrahimoviçin balıq tutmasını "like” etmişdiniz. Özünüzün balıq tutmağa həvəsiniz varmı?

- Onun hər bir şəklini "Like” edirəm. Balıq tutmağa da həvəsim var. Zaqatalada balıq tuturam. Dayımın süni gölü var. Hər yay gedəndə gündə bir-iki saat yanında oturur, balıq tuturam. Tilovu gölə sallayır, dayımla söhbət edirik. Balığın isə özü gəlib qarmağa düşür (gülür).

- Başqa hobbiniz var?

- Hobbi deməzdim, amma bəzi məşğuliyyətlərim var. "Playstation" oynamağı xoşlayıram. Amma daha çox səviyyənin keçildiyi oyunları sevirəm.

- Özünüzü futboldan başqa hansı sahədə görmək istərdiniz? Karyeranızı bitirdikdən sonra bu sahədə qalmağı düşünürsünüz?

- Futboldan getdikdən sonra yəqin ki, yəqin ki, fermada yaşıyacağam (gülür). Rayona gedəndə də ordakı işlərlə maraqlanıram. Boksçu Roy Consun həyatına baxıram, o da özünə fermada qəşəng şərait qurub, orada yaşayır.

- Gələcəkdə Zaqataladakı biznesinizi böyütmək istərdiniz?

- Əlbəttə, istəyirəm. Cənab prezidentimiz, dövlətimiz kənd təsərrüfatına dəstək verir. Bunun sərfəli biznes olduğunu düşünürəm. Bacardığım qədər köməklik etməyə çalışıram. Amma o işlərlə hazırda dayım və anam məşğul olur. Hələ çox yaxın getmir, sadəcə, boş zamanımda maraqlanmağa çalışıram. Futbol elə işdi ki, başqa peşə ilə məşğul ola bilməzsiniz. Yorğunluq çox olduğundan, fərqli sahəyə də diqqət ayırmaq çətin məsələdi.

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

28 May 2020
21:00

Türkiyə klublarından Azərbaycana təbrik

19:43

Premyer Liqa bu tarixdə bərpa olunacaq

19:28

PSJ-ni "Arsenal"a dəyişir

19:13

Türkiyə Super Liqası ilə bağlı rəsmi qərar açıqlandı

18:15

Sulşer Verneri istəyir, MY rəhbərliyi transferin reallaşacağına inanmır

17:37

"Qalatasaray" "Atletiko"nun futbolçusunu transfer etmək istəyir

17:05

Simeonenin köməkçisi Argentina nəhəngini çalışdıra bilər

16:30

Hər gün futbol izləyəcəyik - La Liqanın bərpa planı

16:04

"Formula 1" üzrə Niderland Qran-prisi təxirə salındı - RƏSMİ

15:47

Mayk Tayson şou proqramda kütləvi dava saldı - VİDEO

15:42

“Qalatasaray” Azərbaycanı təbrik etdi

15:42

"Çelsi"nin futbolçusu Avropa nəhənglərinin "radar"ında

15:17

"Neftçi” və “Qarabağ”:100-dən çox böyükhesablı qələbə

15:12

"Şişirdilmiş" futbolçular - TOP-10

14:38

"Yuventus" Pyaniçə görə Frenki de Yonqu "Barsa"dan istəyir

14:10

Makqreqor titul döyüşünə çıxmayacaq - UFC prezidenti icazə vermədi

13:40

"Atletiko"nun daha bir oyunçusu sıradan çıxdı

13:15

MY transferlər üçün kredit götürdü - 140 milyon

13:14

"9 aylıq hamilə olanda..." - FOTOLAR

12:44

Beyl "Real"da qala bilər

12:36

"Qarabağ"ın adı ilə süni manipulyasiya edilir"

12:30

"Şalke"nin növbəti məğlubiyyəti - VİDEO

11:51

4 qol vuruldu, "Layptsiq" xal itirdi - VİDEO

11:43

“Qarabağ”a gəlmiş gözəlçə indi modellik edir - FOTOLAR

11:05

Ən sürətli futbolçu - Əşrəf Hakimi (SIRALAMA)

10:57

Avropanın məşhur klubunu almaq istəyən azərbaycanlı iş adamı kimdir?

10:47

"Qəbələ"nin futbolçusu: "Məşq edəndə kökəlirəm"

10:27

"Barselona" yox, "Real" lider olsaydı, La Liqanı erkən bitirərdilər"

10:20

Ulduz futbolçunun xanımından açıq-saçıq görüntülər - FOTO/VİDEO

09:35

"Arsenal" və "Tottenhem"in "Çelsi"nin futbolçusu uğrunda mübarizəsi

09:29

Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı

09:17

Maşallah Əhmədov həbs edilən icra başçısından şikayət etdi

08:59

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

00:47

Bundesliqa: "Şalke 04" yenə uduzdu, "Layptsiq" evdə xal itirdi

27 May 2020
23:44

Fransa çempionatı ilə bağlı çıxarılan qərar dəyişdirildi

22:38

Kimmixdən yeni rekord

20:02

Bundesliqa klubu hücumçusunu itirdi

19:30

"Barselona", yoxsa "Yuventus"? - Qərarını verdi

18:25

NHL-də pley-off cütləri müəyyənləşdi

17:41

Balotelli əsas komandanın məşqlərində iştirak etmir

17:27

Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı

17:18

"Avropa çempionatı və Çempionlar Liqasını qazanmaq istəyirəm" - Mbappe

16:35

Premyer Liqa klubları təmas məşqlərinə başlayır

16:21

Mourinyu məşq zamanı niyə velosiped sürüb? - ÖZÜ DEDİ

16:08

"Real" koronavirus qurbanlarını belə yad etdi - VİDEO

15:34

Almaniya Kuboku: Yarımfinalların vaxtı açıqlandı

15:10

"Nyukasl" Koutinyuya görə "Barsa" ilə danışıqlara başladı

15:05

Hər kəsin bildiyi, Elxan Məmmədovun görmədiyi – HƏQİQƏT

14:40

"Sabah"ın yeni transferi nə qədər maaş alacaq?

14:24

Millidən göndərilən xorvat: "Ən layiqli namizədlər Qurbanovla Sadıqovdu"

14:05

Afrika Millətlər Kuboku təxirə salınır

13:38

"Neftçi" rəhbərliyi çətin durumda

13:30

İngilis futbolçu 23 yaşında dünyasını dəyişdi

13:10

Demiral yaşıl meydanlara qayıdır

12:58

Bakıda qadın sürücü dünya çempionu olan polisi xəstəxanalıq etdi - FOTO

12:36

Rəhmanoviç "Qarabağ"a gəlir? - AÇIQLAMA

12:30

Flik Quardiolanın rekordunu təkrarladı

12:11

Ulduz futbolçu "Real"ı əzəli rəqibinə dəyişmək istəyir

12:05

Mbappe bu futbolçulara pərəstiş edir - ADLAR

11:51

"Qarabağ" milli üzvünü transfer edir?

11:40

"Realist olmaq lazımdı: "Bavariya" çempion olacaq"

11:23

Məmmədovun klubları və Azərbaycan klubları - AYRISEÇKİLİK

11:05

NHL qayıdır: Mövsümün bərpa planı açıqlandı

10:51

Nigeriyalı futbolçu pasportunu yeniləmək üçün Azərbaycana gəlir

10:43

Kamil Zeynallı: “Gülay ağlayaraq soruşdu ki...” - FOTO

10:35

"Real"da yeni müqavilə

10:22

"Formula 1"in avtomobil istehsalçısı "McLaren"də kütləvi ixtisar

10:09

Maykl Essyen karyerasını "Səbail"də bitirəcək

09:30

A Seriyasının rəhbərliyi klublarla çempionatın bərpa tarixini razılaşdırdı

09:00

"Bavariya"nın "Borussiya" üzərində qələbəsi - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.