09:31 13.11.2020 573

Mahmudun haqqı - İlqar Tağıyev yazır

Azərbaycan Premyer Liqası başlayandan ilk məşqçi istefası gerçəkləşdi. 9-cu turda «Qarabağ»a 0:6  hesabı ilə məğlub olan «Neftçi»nin çalışdırıcısı Füzuli Məmmədov 3 gün əvvəl postundan ayrıldı. Məmmədovun istefası gözlənilən idi. Çünki hələ sələfi Roberto Bordinin gedişindən sonra komanda ona tapşırıldı və istər idman mediasının bir hissəsi, istərsə də bir qrup azarkeş onun «Neftçi»yə layiq olmadığını, təcrübəsizliyini əsas gətirərək, komandanın başqa mütəxəssisə tapşırılmasını lazım bilirdi.
 
Maraq üçün qeyd edək ki, bu, «Neftçi»də ilk belə hal deyil. 2006-cı ildə Qurban Qurbanov «flaqman»a baş məşqçi təyin olunanda cəmi 34 yaşı var idi. Qurban Qurbanov «Neftçi»də cəmi 1 il işlədi, komandası çempionatı 2-ci pillədə tamamladı. Ardınca UEFA Kubokunda Avstriyanın «Rid» səddini keçə bilmədikdən (1:3, 2:1) az sonra postundan ayrıldı.
 
Yaxud, Samir Əliyev. Samir Əliyevin də baş məşqçi kimi ilk iş yeri «Neftçi» olub. 2015-ci ildə «Neftçi»yə təyinat alanda onun 36 yaşı var idi. Doğrudur, Samir «Neftçi»də cəmi 5 ay işlədi və belədə hansısa uğur qazanmaqdan söhbət gedə bilməz. Məşqçiliyə «Neftçi»də siftə edən Qurban Qurbanovun bacarığı göz önündədir. Nəsə yazmaq artıqdır. Samir Əliyev də artıq özünə müəyyən imic qazanıb. U-19 millimizin çalışdırıcısının öz dəst-xətti var və hansısa Premyer Liqa komandasında rahat işləyə bilər. Söhbət ondan gedir ki, Füzuli Məmmədova kimi 2 halda «Neftçi» gənc və təcrübəsiz məşqçilərə tapşırılıb. Təəssüf ki, onların da komandada duruşu uzun çəkməyib… 

Hər halda «Neftçi» rəhbərliyi istər Bordinin gedişindən sonra, istərsə də cari çempionat başlamamış F.Məmmədova etimad göstərdi. O isə baş məşqçi kimi ilk çempionatında komandaya gümüş medalları qazandırdı. Bəs, arzulanan çempionluq? Bu haqda bir qədər sonra.

Baş məşqçi ilə yanaşı klubun idman direktoru Ceyhun Sultanovun da istefa verməsi gözlənilən idi. Səbəbsə məhz C.Sultanovun təklifi ilə F.Məmmədovun baş məşqçi postuna gətirilməsi idi. Başqa sözlə, Sultanov Məmmədova bir növ zamin dayanmışdı. Bəlkə də «Neftçi» «Qarabağ»a kiçik hesabla məğlub olsaydı, sözügedən istefalar reallaşmayacaqdı. Turnir cədvəlinə fikir versək, hazırda komanda 4-cü pillədə qərarlaşıb və lider «Sumqayıt»dan cəmi 1 xal geridədir. Çempionatın əvvəlində 1 xal fərqi fəlakət deyil. Yəni, komandanın medalçılar sırasına düşmək şansı davam edir. Sadəcə, biabırçı hesab və təzyiqlər hər iki şəxsin komandadan ayrılmasına səbəb oldu.
 


Füzuli Məmmədovun istefasından çox daha maraqlı məqam onun yerinə Samir Abasovun gətirilməsi oldu. Niyə maraqlı? Səbəbini izah edək. Hələ Bordinin gedişindən sonra komandanın əvəzedicilərinin baş məşqçisi Mahmud Qurbanova tapşırılması gözlənilirdi. Normalda bir komandada baş məşqçi istefa verirsə və kənardan məşqçi dəvət olunmursa, onun yerinə ya köməkçisi, ya da əvəzedişi komandanın baş məşqçisi gətirilir. Müvəqqəti olsa belə. Rəhbərlik seçimini F.Məmmədovun üzərində etdi. Füzulinin gedişindən sonra yenə də ağıla ilk gələn namizəd Mahmud Qurbanov idi. Gəl ki, bu dəfə də rəhbərlik fərqli qərar qəbul etdi. Özü də çox operativ. Füzulinin gedişi ilə Samir Abasovun gəlişi arasında cəmi bir neçə saatlıq fərq oldu. Bu isə onu deməyə əsas verir ki, Abasovun komandaya gətirilməsi əvvəlcədən planlaşdırılmışdı. Başqa sözlə, Mahmud heç yada düşməmişdi. 

Samir Abasovun necə məşqçi olması haqqında fikir bildirməkdən uzağam. «Sumqayıt»da və «Zirə»də uğur qazanmasa da, özünə görə çəkisi, dəst-xətti olan mütəxəssislərdəndi. «Neftçi»də uğur qazanacaqmı? Bunu zaman göstərəcək. İndidən nəsə proqnoz vermək çətindi. Uğurlar arzulayırıq. 
Amma həmin «çəkidən», dəst-xətdən Mahmudda da var. İstər futbolçu karyerasına, istər məşqçi təcrübəsinə (uzun illər millidə baş məşqçi köməkçisi işləyib, 1 oyunda baş məşqçini əvəzləyib, Premyer Liqa təcrübəsi var, Pro kateqoriyalıdır – red.), istərsə də futbola yanaşmasına görə çoxundan geri qalmır. Azından rəhbərlik qışa kimi Qurbanova şans verə bilərdi. Müsbət dəyişiklik olmasaydı, o halda kənardan məşqçi gətirərdilər. Onsuz da hələ çempionat başlamamış komandanın qarşısına məqsəd kimi çempionluq deyil, medalçılar sırasına düşmək qoyulmuşdu. Bunu isə 8 komandalı çempionatda reallaşdırmaq heç də çətin deyil.

Füzuli Məmmədovun gedişinə kimi düşünmək olardı ki, Mahmudun komandaya baş məşqçi gətirilməməsinin əsas səbəkarı Ceyhun Sultanovdu. Əslində isə… Birincisi, Mahmudu «Neftçi»nin əvəzedicilərinə Ceyhun Sultanov dəvət edib və istefa verməmişdən əvvəl ən münasib namizədlərdən birincisi kimi onun adını çəkib. İkincisi, zaman göstərdi ki, məşqçi təyinatında heç də Ceyhun həlledici rol oynamır. Son söz Müşahidə Şurasınındı. O Müşahidə Şurasının ki, srağagün evin içində məşqçi ola-ola kənara müraciət etdi. Bu, həm Mahmud Qurbanova qarşı biganəlik, haqsızlıq, saymazlıq, həm də haqqının tapdalanması idi. 

İlqar TAĞIYEV
525-ci qəzet

P.S. «Neftçi» sonuncu dəfə 2012/13-cü illər mövsümündə çempion olub. O vaxtdan bu yana komanda 10 məşqçi dəyişib. Samir Abasov 11-cidir.
Oxşar xəbərlər

Xəbər lenti

29 Noyabr 2020
14:37

Zaur Axundov legionerləri qovdu: “Keşlə”də nə baş verir?

14:35

"Keşlə" "Sabah"a qarşı - YENİLƏNİR

13:50

Ağdamın Şahbulaq kəndi - VİDEO

13:23

"27 ildir bu günün həsrəti ilə yaşayırdıq" - Tahir Gözəl

12:57

Əfsanələrin döyüşü qalmaqalla başa çatdı

12:29

"Qarabağ" Rusiyada 1-ci oldu

11:51

Peşəkar boksçumuz ABŞ-da rinqə “Karabakh is Azerbaijan” forması ilə çıxıb - VİDEO

10:55

Cavid Qurbanov Qarabağda voleybolun kütləviləşdirilməsini istədi

10:37

Kəlbəcər rayonunun kəndlərinin videogörüntüləri

10:11

Rəhim Həsənov Sumqayıta göndərildi

09:47

Hikmət Hacıyev: “Qarabağ” sürgündə olan yeganə futbol klubu idi"

09:23

Hikmət Hacıyev Ağdamda "Qarabağ"la futbol oynadı - FOTOLAR/VİDEO

09:00

"Sən demə girdiyim ev Mxitaryana məxsus imiş" - Şuşada döyüşən idman jurnalistimiz

28 Noyabr 2020
22:57

“Qalatasaray” darmadağına sevindi - VİDEO

22:36

"Liverpul" xal itirdi, "Siti" qol yağdırdı - VİDEO

22:03

Premyer Liqa: Daha 3 oyunun hakimləri bilindi

20:12

Azərbaycan Avropa çempionatında daha 1 medal qazandı

19:54

Azərbaycanlı baş katib CEV İdarə Heyətinə üzv seçildi

19:33

Zabit Səmədov Burak Özçivitlə məşhur serialda - FOTO

19:03

"Araz" Çempionlar Liqasında mübarizəni dayandırdı

18:43

"Neftçi"nin daha bir futbolçusunda koronavirus aşkarlandı

18:28

Samir Abasov "Zirə" ilə oyundan danışdı

18:19

Elxan Məmmədov: "Qarabağ"a imkan yaratdıqları üçün TFF-yə təşəkkür edirəm"

18:13

Rəşad Sadıqov: “Yaxşı müdafiə olunduq”

17:55

“Neftçi” “Zirə”ni məğlub edə bilmədi

15:48

"Qarabağ"ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb - FOTOLAR

14:39

Aftandil Hacıyev: "Özünü yaxşı hiss etməyən futbolçularımız var"

13:51

"Fənərbağça" şəhidimizlə bağlı paylaşım etdi - FOTOLAR

12:48

Pike "Barselona" prezidenti olmaq istəyir

12:19

İstisu qəsəbəsindən görüntülər - VİDEO

11:51

Məhəmmədrəsul Məcidovdan növbəti qələbə

11:32

"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı açıqlandı

11:13

Çempionlar Liqası: Azərbaycan klubu mübarizəyə başlayır

10:49

Maradonanın ölümünün dəqiq səbəbi açıqlandı

10:23

"Beşiktaş"ın hücumçusu koronavirusa yoluxdu

10:05

"Qarabağ" Ağdamda

09:37

Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

27 Noyabr 2020
19:21

"Traktor" öz meydanında uduzdu

18:57

İdmançılarımız Avropa çempionatında finala vəsiqə qazandı

18:08

“Neftçi” - “Zirə” matçına hakim təyinatı

17:32

Təmsilçilərimiz CEV-in komissiyasında yer alacaq

17:03

"Qalatasaray"da prezident seçkiləri təxirə salındı

16:41

Ermənilər əsirlikdə olan Azərbaycan hərbçisinin FOTOSUNU yaydılar

16:26

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağı müzakirə etdi

16:10

ÇL: "Ayaks"ın hücumçusu ən yaxşı oldu

15:44

"UEFA-nın ermənilərlə bağlı sərt mövqe bildirməməsinin səbəbi..." - Hüquqşünas

15:21

Canni De Byazi "The Best" mükafatında kimə səs verəcəyini açıqladı

14:57

Son sutkada 3 712 yeni yoluxma faktı qeydə alınıb

14:40

"Maradona dünya futbolunun ən yaxşısı idi" - Canni De Byazi

14:28

Koronavirusa yoluxan türkiyəli məşhur məşqçi reanimasiyadadır

14:02

Mahir Emreli "Beşiktaş"a təklif olundu

13:47

MOK idmançılara psixoloji dəstək təlimlərinə start verdi

13:31

İqor Ponomaryov: "Maradonaya qarşı iki dəfə oynamışam"

13:12

UEFA klubların reytinqini açıqladı

12:59

"Qəbələ"nin bəzi futbolçuları koronavirusa yoluxdu

12:41

"Sumqayıt" - "Qəbələ" oyunu təxirə salındı

12:27

UEFA-dan Frits Ştuxlikə yeni təyinat

12:18

"Yuventus" Dibala ilə razılığa gələ bilmədi

12:01

Qızları Allahverdi Bağırovun Ağdamdakı məzarını ziyarət edib - VİDEO

11:41

Həftənin futbolçusu adına namizədlər

11:23

"Əlimdən gələni etdim" - Teymur Rəcəbov

11:02

Prezidentliyə namizəd "Nou Kamp"a Messinin adını vermək istəyir

10:46

Mourinyu: "Bir var Maradona, bir də var Dieqo"

10:31

"Makkabi"nin baş məşqçisi: "Qarabağ"ı məğlub etməyə çalışacağıq"

10:17

İbrahimoviç milli karyerasını bərpa edir - RƏSMİ

10:11

Teymur Rəcəbov Armageddonda uduzdu

09:50

"Sivasspor"un prezidenti: "Önəmli olan 3 xal qazanmaq idi"

09:39

Maradona dəfn edildi - FOTOLAR

09:22

"Qarabağ"ın legioneri: "Bu məğlubiyyətdən dərs götürməliyik"

09:00

"Sivasspor"un hücumçusu: "Qarabağ"a 2 qol vurduğum üçün şadam"

Facebookdan bizi izləməyi unutmayın.