16:34 03.08.2020 550

Mamedovun "Azbuka"sı

Canni de Byazi ilə bağlı fikirlərim dəyişməyib. Sadəcə hadisələri öz axarına buraxmaq, hələ millini bir oyuna belə çıxarmayan italiyalı haqda əsaslı bədbinlikdən qaynaqlanan fikirlər səsləndirmək istəmirəm. Heç hamının bildiyi həqiqətləri dönə-dönə xatırlatmağı da bu gün üçün uyğun saymıram. Təbii, yığmanın uğur qazanması hər birimiz üçün olduqca önəmlidi. Söhbət mövzusu millidisə, hərdən ən yaxşısına ümid etmək, heç olmasa, müəyyən zaman dilimində seçməylə bağlı ilıq xəyallar qurmaq olar. Niyə də yox? Xəyallar neftin puluyla alınmır, onlara xalqın sərvətindən gələn gəlirdən ayrılan vəsaitlə yüzminlərlə əməkhaqqı verilmir.

İyulun 30-da AFFA ilə müqavilə bağlayan 64 yaşlı çalışdırıcının əvvəlki əcnəbilərdən daha yaxşı nəticə göstərməsi zər qanadlı arzudu. Hələ həqiqət anı yetişməyibsə, arzuların zəri tökülməyibsə, xoş sürprizlərdən dəm vurmaq bizim də haqqımızdı.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və ətrafındakıların quşu gözündən vurduğunu düşünmür, assosiasiyanın trollarının ictimaiyyətdə "AFFA ən doğru olanı edir" fikri yaratmağa çalışmasını alqışlamıram. Bunlar köhnə bülbüllərin qulaqları qıcıqlandıran yeni nəğmələridi. 

Məni dilə gətirən 2007-ci ildə AFFA-da baş katib qismində fəaliyyətə başlayan Elxan bəyin 13 il papağı günə yandırandan sonra milli futbolun "Azbuka"sını tapmasıdı. Yəni "Əlifba"sını, başqa sözlə, ibtidai pilləsini... Hərçənd "vəzir"dən danışırıqsa, "Azbuka" daha uğurlu yanaşmadı.  

Adam bu dəfə mentallığa qarşı çıxmadı. De Byazinin Azərbaycan türkcəsində dediyi "Hamıya salam. Mən Canni De Byazi. Biz birlikdə böyük uğurlara imza atacağıq. Birlikdə inanaq" sözləri bütün azərbaycanlıların ürəyinə yağ kimi yayıldı. Mütəxəssisin böyük uğurlarla bağlı verdiyi vədi ciddiyə almağa məhkum deyilik. Amma işlədiyi ölkənin dilinə sayğı nümayiş etdirməyə razılaşması bu və buna bənzər kiçik məqamlarla ovunmağa öyrəncəli olan futbolsevərlər üçün çox şeydi. 

Hər şey hörmətdən, milli dəyərlərin yüksəkdə tutulmasından başlayır. Əmin olun ki, bunu 2008-ci ildə Berti Foqtsa başa salsaydılar, heç vaxt Aleksandr Çertoqanovu cinah yarımmüdafiəçisi mövqeyində sınamağa cəhd etməz, yerli futbol ictimaiyyətinə yuxarıdan aşağı baxmaz, özünü hamıdan ağıllı saymaz və medianın səbr kasası daşmış nümayəndələri tərəfindən aftafa ilə "mükafatlandırılmazdı". Yəqin ki, Foqtsun xələfi - Robert Prosineçki də belə məsələlərlə bağlı heç nə eşitməmişdi. Eşitsəydi, 2016-cı ilin aprel döyüşləri zamanı ailəsini götürüb Azərbaycandan qaçmazdı...

Mövzunu çox uzatsam, yenə bir ucu sərt tənqidə doğru dartınacaq. Ona görə də icraçı vitse prezidenti 13 ildən sonra tapdığı "Azbuka" münasibəti ilə təbrik etməklə kifayətlənirəm. Bu məsələni Mamedova başa salan, minnətçi düşüb "ne volnuytes, vsyo budet otliçno" söyləyən şəxsə isə təşəkkürümü çatdırıram. 

Nihat Ağasoy
Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

28 Sentyabr 2020
15:28

"Qarabağ"ın yeni transferi ilk dəfə yığmaya çağırıldı

14:56

AFFA "Legiya" - "Qarabağ" oyununa görə UEFA-ya müraciət etdi

14:21

İdmançılarımız Ordumuza belə dəstək oldu - FOTOLAR

14:05

AFFA İcraiyyə Komitəsinin üzvü "Dinamo"nun matçına təyinat aldı

13:34

Cəbhədən xəbər: Düşmənin daha iki tankı məhv edildi - VİDEO

13:25

Cəbhədən xəbər: Tərtərdə məhkəmə binası və təcili yardım hədəfə alındı: Ölən və yaralananlar var

12:15

"Neftçi"nin hücumçusu 100-cü matçına çıxdı

12:08

"Beşiktaş"dan Azərbaycana dəstək: "Hər zaman yanındayıq, can Azərbaycan"

11:34

400-cü qol buraxdılar

11:25

588 gündən sonra: 40-cı qol, 10-cu penal

11:10

Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM

10:58

Cəbhədən xəbər: Ordumuz torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatı keçirir - VİDEO

10:49

“Qarabağ”ın Polşaya səfəri təxirə salına bilər - Cəbhədəki vəziyyətə görə

10:42

Azərbaycan Premyer Liqası təxirə salınır?

10:38

"Qarabağ"ın qapıçısının seriyası uzun müddətdən sonra qırıldı

10:30

"Üçrəngli bayrağımız dalğalansın!" - Nazirlikdən çağırış

10:01

Azərbaycanın tanınmış idmançıları orduya dəstək olur - SİYAHI

09:53

Messinin uğuru 8 ildən sonra təkrarlandı

09:49

Cəbhədən xəbər: Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi

09:40

Türkiyə nəhənglərindən Azərbaycana dəstək - FOTO

27 Sentyabr 2020
20:57

"Neftçi" - "Qəbələ" oyununda "sülh"

19:08

"Neftçi" və "Qəbələ"dən Azərbaycan ordusuna dəstək

18:51

CƏBHƏDƏN XƏBƏR: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

18:47

Azərbaycan ərazisində hərbi vəziyyət tətbiq olunur

16:55

İtaliya klubunda koronavirus şoku

16:41

CƏBHƏDƏN XƏBƏR: Azərbaycan Ermənistan komandanlığına təslim olmağı təklif etdi

16:02

CƏBHƏDƏN XƏBƏR: Azərbaycan Ordusundan daha bir uğur

15:54

Zidan Yoviç ilə bağlı qərar verdi

15:21

Ermənistanda səfərbərlik elan edildi: Futbol çempionatı dayandırıldı!

14:17

CƏBHƏDƏN XƏBƏR: Azərbaycan Odusu bu kəndləri erməni işğalından azad etdi

13:49

“Bir dəfə görmədim ki, millinin baş məşqçisi bizimlə müntəzəm əlaqə saxlasın”

13:07

Millinin baş məşqçisi koronavirusa yoluxdu

12:40

CƏBHƏDƏN XƏBƏR: Şiddətli döyüşlər gedir, uğurlar var (RƏSMİ)

12:22

Dünyanın ən nüfuzlu idmançısı açıqlandı

11:33

Millimizin üzvü ABŞ klubuna qələbə qazandırdı

11:01

Amit Quluzadənin komandasından qələbə

10:30

Bu gün İstanbul derbisi var

10:14

Əsgərovun komandası yenə uduzdu

09:57

Qran-prinin qalibi müəyyənləşdi

09:34

Paşayevin komandasından darmadağın

09:19

CƏBHƏDƏN XƏBƏR: Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başladı

09:10

CƏBHƏDƏN XƏBƏR: Ermənilər mülki əhalini atəşə tutdu: Ölənlər və yaralananlar var

09:00

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

26 Sentyabr 2020
23:09

"Zirə" "Keşlə"ni belə yendi - VİDEO

23:01

Yunis Hüseynov narazıdır: "Penaltimiz verilmədi”

22:43

"Qərarı dəyişmək riskli olardı" - Rəşad Sadıqov

22:09

"Zirə" və "Səbail"dən əzmkar qələbə - YENİLƏNDİ

21:35

"Səbail" "Sabah"ı məğlub etdi - VİDEO

20:56

"İstənilən söz hər iki tərəfə təsir edə bilərdi" - Aftandil Hacıyev

20:32

"Sabah"ın baş məşqçisi: “Çox pis oynadıq, narazıyam”

20:02

"Səbail" və "Sabah" matçından sonra insident baş verib

16:20

"Yuventus" Peleqrinini yolladı

15:19

Həftənin oyunçusu açıqlandı

14:38

Qadın prezident: “İstərdik ki, Azərbaycandan futbolçular bizdə oynasın”

13:54

"Qarabağ"ın "Legiya" ilə oyun üçün sifariş ərizəsi

13:23

Gözəl Zutova növbəti döyüşünə çıxır

12:39

Rusiya klubunda koronavirus şoku: 12 futbolçu yoluxdu

11:58

"Şəxsi səbəblərə görə kapitanlıqdan imtina etdim" - Cavid Hüseynov

11:24

“Formula-1”də koronavirus həyacanı

10:55

Tamaş Ayan ağırlıqqaldıranlarımızın dopinq-testlərini gizlədib

10:21

Cüdoçularımız açıq hava məşqində

09:59

"Qəbələ"nin idmançısından növbəti qələbə

09:37

“Qarabağ” axtardığı hücumçunu İtaliyada tapdı

09:00

Asensionun sevgilisi əzəli rəqibin azarkeşidi - FOTOLAR

25 Sentyabr 2020
23:11

Nazarov oynadı, komandası zirvəyə qalxdı

21:50

Ayxan Abbasov: "İsmayıla ikinci sarı vərəqə verilməli idi"

21:45

Qurban Qurbanov: "Oyunun gedişatına baxsaq, nəticədən razıyam"

21:15

"Qalatasaray" hücumçusunu icarəyə verdi

21:01

"Qarabağ" 90+5-də qurtuldu, "Sumqayıt" lider oldu

18:15

"Kəpəz"dən növbəti heç-heçə

Facebookdan bizi izləməyi unutmayın.