15:14 23.12.2021 870

Azərbaycanda gimnastika ənənəsi genişlənir

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Gimnastika dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da idmanın ən populyar növlərindəndir.

Gimnastika uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsində xüsusi rola malikdir. Əbəs yerə deyilməyib ki, idman gimnastikadan başlayır. Bəli, insanın fiziki sağlamlığının əsasında məhz gimnastik hərəkətlər durur. İlk Olimpiya Oyunlarından bu yana fasiləsiz olaraq dördilliyin zirvə yarışının proqramında yer alan gimnastika həm də olduqca mürəkkəb növdür. Mütəxəssislərin fikrincə, gimnastika ilə məşğul olduqdan sonra digər idman növlərində məşq etmək bir xeyli asanlaşır.

Son illər gimnastika ölkəmizdə kütləvi xarakter alıb. Paytaxt Bakıda, eləcə də, bölgələrdə fəaliyyət göstərən bölmələrə üz tutan uşaq və yeniyetmələrinin sayı durmadan artır.

Bəli, məhz 19 il əvvəl federasiya rəhbərliyində edilən dəyişiklik və beləliklə, təşkilatın yenidən qurulmasından sonra ölkədə gimnastikanın inkişaf dövrü başladı. Qısa müddətdə bu növ üzrə mühüm beynəlxalq yarışların təşkilatçılıq təcrübəsi formalaşdı. 2003-cü ildə Bakıda ilk dəfə bədii gimnastika üzrə dünya kubokunun mərhələ yarışı keçirildisə, iki il sonra artıq mundialın ev sahibliyinə yiyələndik. Görülən işlərin nəticəsi olaraq müstəqil ölkə kimi bu günə qədər ardıcıl beş dövrü uğurla başa vurub Olimpiadalara vəsiqə qazanmışıq. Bunların üçündə yalnız bədii gimnastika üzrə təmsil olunmuşuqsa, Rio-2016 və Tokio-2020-də idman gimnastikasında da dördilliyin zirvə yarışınadək irəliləmişik. Üstəlik, son Olimpiada rekord sayda - 8 gimnastımızın iştirakı ilə əlamətdar oldu.

2014-cü ildə istifadəyə verilən Milli Gimnastika Arenası Azərbaycanda bu idman növünün inkişafında növbəti mühüm addım idi. Müasir tələblərə cavab verən arenanın istifadəyə verilməsindən sonra gimnastika ilə məşğul olanların sayı daha da artıb. İdman qurğusunda gimnastikanın bütün növlərində məşq etmək üçün yüksək səviyyəli şərait yaradılıb. Əlbəttə, kəmiyyət artdıqca, idmançılar yetişdikcə, keyfiyyət də artmağa başlayır. Gimnastikanın bütün yarış növləri üzrə turnirlərin ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığı arena mötəbər beynəlxalq yarışlara da uğurla ev sahibliyi edir. 9500 tamaşaçı tutumuna malik olan arena həm yerli, həm də beynəlxalq yarışları arzuolunan səviyyədə keçirmək imkanına malikdir. Əsas və köməkçi zaldan ibarət MGA-da gimnastikanın müxtəlif növləri üzrə yarışların eyni vaxtda keçirilməsi mümkündür. 

Hazırda Azərbaycan Gimnastika Federasiyasının tərkibinə 8 gimnastika növü daxildir.  Bunlar bədii gimnastika (Olimpiya növü), idman gimnastikası (Olimpiya növü), batut gimnastikası (batut üzərində fərdi çıxış Olimpiya növüdür), akrobatika gimnastikası (qeyri-Olimpiya növü), aerobika gimnastikası (qeyri-Olimpiya növü), "teamgym" (qeyri-Olimpiya növü) və parkurdur (qeyri-Olimpiya növü).

Rəhbərlik növün inkişafının, kütləviliyinin sürətləndirilməsi üçün paytaxtla yanaşı, respublikamızın müxtəlif bölgələrində də fəaliyyətini genişləndirir. İndiyə qədər AGF-nin dəstəyi ilə Sumqayıt, Naxçıvan, Şirvan, Balakən, Kürdəmir, İsmayıllı, Ağdaş, Gəncə, Qusar, Göyçay və İsmayıllıda gimnastika bölmələri istifadəyə verilib. Gimnastika yarışları təkcə Bakıda deyil, eyni zamanda, Bakı ətrafı qəsəbələrdə və bölgələrdə inşa olunan Olimpiya idman komplekslərində də keçirilir. Məhz bu cür yarışlar yeniyetmə gimnastlara təcrübə qazandırır, onların müxtəlif beynəlxalq turnirlərdə əldə etdikləri nailiyyətlərin əsasını təşkil edir. AGF-nin təşkilatçılığı ilə 2014-cü ildən keçirilən “Bölgələrarası kubok” yarışlarının uşaq və yeniyetmələrin idmana cəlb olunmasında rolu çoxdur. Gimnastların peşəkarlıq səviyyələrinin artırılması məqsədilə federasiya tərəfindən mütəxəssislər mütəmadi olaraq bölgələrə ezam olunur, burada müxtəlif turnirlər təşkil edilir. Belə yarışlarda iştirak bölgə təmsilçilərinin təcrübələrinin artırılmasına, gimnastikanın inkişafına daha da təkan verir.

Bir sözlə, Azərbaycanda bir gimnastika ənənəsi formalaşıb və bu, getdikcə daha da genişlənir.

Yola salmağa hazırlaşdığımız 2021-ci ildə də ölkəmiz bir sıra mühüm yarışlara ev sahibliyi etdi. Milli Gimnastika Arenasında apreldə bədii gimnastika üzrə dünya kubokunun mərhələ yarışı, mayda aerobika üzrə dünya çempionatı və dünya yaş qrupları yarışı, noyabrda isə batut gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışı təşkil olundu. 

2020-ci ildə keçirilməli olan, lakin COVID-19 pandemiyası səbəbilə təxirə düşən aerobika mundialında gimnastlarımız uğurları ilə hər kəsi sevindirdi. Azərbaycan təmsilçiləri bu növ üzrə ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi, 22 ölkədən 166 idmançının iştirakı ilə baş tutan dünya çempionatında baş mükafat qazanmağa müvəffəq oldular. Avropa çempionu adını daşıyan Akif Kərimli, Nigar İbrahimbəyli, Ayxan Əhmədli, Nərminə Hüseynova, Mədinə Mustafayeva, Elçin Məmmədov, İmran İmranov və Nurcan Cabbarlıdan ibarət aerodans komandamız bu dəfə də onlara olan inamı doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəldi.

Həmçinin batut gimnastikası üzrə DÇ-yə də ölkəmiz tarixdə ilk dəfə ev sahibliyi etdi. 33 ölkədən 300-dək gimnastln qatıldığı bu mundialda da komandamız əliboş qalmadı. Belə ki, 25 yaşlı Avropa çempionu Mixail Malkin yarışın gümüş medalını boynundan asdı. Tamblinq cığırında keçirilmiş final yarışlarında Mixail hakimlərdən 76.300 bal alaraq karyerasında ilk dəfə dünya çempionatında mükafat sevinci yaşadı.

25-28 noyabr tarixlərində təşkil olunan dünya yaş qrupları yarışlarında Azərbaycanı fərdi və sinxron batut, tamblinq və ikili mini-batut proqramı üzrə ümumilikdə 15 gimnast təmsil etdi.

2019-cu ildə keçirilmiş yarışların qalibi olan istedadlı gimnast Maqsud Mahsudov Milli Gimnastika Arenasında təşkil edilmiş turnirdə də qızıl medal qazandı. Bu dəfə o, 13-14 yaş kateqoriyasında bütün rəqiblərini üstələyərək fəxri kürsünün ilk pilləsində yer aldı. Beləliklə, doğma arenamızda növbəti dəfə bayrağımız ən yüksəyə ucaldı, himnimiz səsləndi.

Həmçinin ölkə xaricində təşkil olunan bir sıra digər beynəlxalq yarışlarda da diqqətçəkən nəticələr əldə edildi.

Qeyd edək ki, növbəti ildə də ölkəmiz bir neçə mötəbər yarışa qucaq açacaq. Paytaxt Bakıda fevralda batut gimnastikası üzrə dünya kuboku, martda akrobatika üzrə dünya çempionatı və dünya yaş qrupları yarışları, idman gimnastikası üzrə dünya kuboku, apreldə isə bədii gimnastika üzrə dünya kubokunun mərhələ yarışı keçiriləcək. Şübhəsiz ki, Azərbaycan gimnastları həmişə olduğu kimi, bu və il ərzində baş tutacaq digər turnirlərdə də uğurla təmsil olunmaq əzmindədirlər.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X