UEFA Millətlər Liqasında bu gün III tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, A və C liqalarında ümumilikdə 8 matç oynanılıb.
Günün maraqlı görüşlərindən biri Portuqaliya yığması ilə Polşa arasında baş tutub. Kriştianu Ronaldunun da fərqləndiyi matçda portəgizlər inamlı qələbə qazanıblar.
Xorvatiya isə Şotlandiyanı çətinliklə də olsa, yenib.
İspaniya Danimarkanı minimal hesabla üstələyib.
Qeyd edək ki, ilk üç turda xal qazana bilməyən və keçirdiyi oyunların hamısında uduzan Azərbaycan millisi oktyabrın 14-də Bakıda Slovakiya ilə qarşılaşacaq.
UEFA Millətlər Liqası
III tur
12 oktyabr
A Liqası
1-ci qrup
Xorvatiya – Şotlandiya 2:1
Qollar: Matanoviç, 36, Kramariç, 70 - Kristi, 33.
Polşa – Portuqaliya 1:3
Qollar: Zelinski, 78 - Bernardu Silva, 26, Ronaldu, 37. Bednarek, 99-öz qapısına.
Xal durumu: Portuqaliya – 9, Xorvatiya – 6, Polşa – 3, Şotlandiya – 0
4-cü qrup
Serbiya – İsveçrə 2:0
Qollar: Elvedi, 45+1-öz qapısına. Mitroviç, 61.
İspaniya – Danimarka 1:0
Qol: Subimendi, 79.
Xal durumu: İspaniya – 7, Danimarka – 6, Serbiya – 4, İsveçrə – 0
C Liqası
2-ci qrup
Litva – Kosovo 1:2
Qollar: Qolubiskas, 84 - Jeqrova, 20, Krasniqi, 64.
Kipr – Rumıniya 0:3
Qollar: Man, 16, Marin, 25-pen, Draqusin, 36.
Xal durumu: Rumıniya – 9, Kosovo – 6, Kipr – 3, Litva – 0
3-cü qrup
Bolqarıstan – Lüksemburq 0:0
Belarus – Şimali İrlandiya 0:0
Xal durumu: Belarus – 5, Bolqarıstan – 5, Şimali İrlandiya – 4, Lüksemburq – 1