Martın 23-də Millətlər Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində Macarıstan millisinin qonağı olacaq Türkiyə yığmasının heyətində dəyişiklik edilib.
Fanat.Az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, iki zədəli futbolçu - Mərt Günok və Yunus Akgün heyətdən kənarlaşdırılıb.
"Palermo"da çıxış edən Rayyan Baniya isə seçməyə dəvət olunub.
Qeyd edək ki, tərəflərin martın 20-də baş tutan birinci qarşılaşması Türkiyənin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.