Bu gün UEFA Millətlər Liqasında 3-cü yer uğrunda oyunda Almaniya millisini məğlub edən (2:0) Fransa yığmasının baş məşqçisi Didye Deşam matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Komanda qurarkən hücumda mümkün qədər təhlükəli olmasına xüsusi diqqət yetirirəm. İspaniya və Almaniya ilə oyunları nəzərə alsaq, qol vurmaq üçün lazım olan hər şeyimiz var. İndi bu işi daha effektli görməyə başlamışıq, amma bir qədər də "artırmaq" olar. Yeri gəlmişkən, qapıçımız Mik Menyan bu gün fantastik oynadı".
Nihat