UEFA Millətlər Liqasının finalında İspaniya yığmasını məğlub edərək (2:2, penaltilər 5:3) tarixində ikinci dəfə turnirin qalibi olan Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu şəxsi rekordunu yeniləyib.
Fanat.Az xəbər verir ki, 61-ci dəqiqədə rəqib qapısına yol taparaq komandasını yenik durumdan çıxaran təcrübəli forvard yığmada vurduğu qolların sayını 138-ə çatdırıb.
Ronaldunu 112 qolla argentinalı superulduz Lionel Messi təqib edir.
Xatırladaq ki, 40 yaş 203 günlüyündə həlledici matçda mübarizə aparan Kriştianu Millətlər Liqası tarixində finalda meydana çıxmış ən yaşlı oyunçu olub.
Nihat