UEFA Millətlər Liqasında Azərbaycanın rəqiblərindən olan Qazaxıstan millisi erməni baş məşqçiyə tapşırıla bilər.
Fanat.Az "KazFootball" nəşrinə istinadən xəbər verir ki, Qriqori Babayana yığmanı çalışdırmaq təklif olunub.
42 yaşlı Babayanın hazırda bu təklifi nəzərdən keçirdiyi vurğulanıb.
Erməni mütəxəssis 2008 - 2014-cü illərdə Qazaxıstan millisində məşqçilər korpusunda yer alıb. Hazırda Rusiyanın MOİK klubunda köməkçi-məşqçi qismində çalışan Babayanın Moskva klubuyla olan müqaviləsinin müddəti mayın sonunda başa çatacaq.
Daha öncə Qazaxıstan Futbol Federasiyasının indiki baş məşqçi Andrey Karpoviçlə müqavilə yeniləməyi planlaşdırmadığı bəlli olmuşdu.
Xatırladaq ki, Azərbaycan millisi Qazaxıstanla iyunun 3-də səfərdə, sentyabrın 25-də evdə qarşılaşacaq.
Nihat