Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstana qarşı keçirəcəkləri qrup mərhələsinin oyunları barədə "Tuttomercatoweb" nəşrinə danışıb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis turniri qələbə ilə başa vuracaqlarına ümid etdiyini bildirib: "Sentyabrda daha iki oyunumuz var. Bundan sonra nələrin olacağını görəcəyik".
66 yaşlı baş məşqçi Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliyanın İtaliya "Napoli"sinə keçidinə də toxunub: "Keyfiyyəti və gənc futbolçudur. Lorentso İnsinye, Dris Mertens və Xalidu Kulibalinin gedişindən sonra komandanın güclənməsini başa düşmək olar. Yeni oyunçular lazımdır. Transfer dövrü belə bitsə, baş məşqçi Luçano Spaletti xoşbəxt olmayacaq".
Qeyd edək ki, Canni De Byazinin AFFA ilə müqaviləsi bu ilin noyabrında başa çatacaq.