Azərbaycan yığmasının futbolçusu Bəhlul Mustafazadə Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra jurnalistlərə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, mərkəz müdafiəçisi belə danışıb:
"Son 3 oyunda qələbə qazandığımız üçün xoşbəxtik. Bunun davamlı olmasını istəyirik. Hər 3 qarşılaşmada əlimizdən gələni etdik. B Liqasına yüksələ bilmədiyimiz üçün üzgünük. Bunu bacara bilərdik. Qazaxıstanla səfər matçında qalib gəlmək imkanımız var idi. Təəssüf ki, həmim qarşılaşmanın ikinci hissəsində qollar buraxdıq.
Şans varsa, yararlanmaq lazımdır. Pley-offa vəsiqə qazansaq, əla olar. İstənilən halda, uğurlu seriyanı davam etdirməyə çalışacağıq".