Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona Azərbaycana qarşı keçirəcəkləri oyundan - UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur matçından öncə ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, 54 yaşlı mütəxəssis belə danışıb:
"Azərbaycan seçməsi yaxşı kollektivdir. Rəqibin heyətində yaxşı futbolçular var. Bizi çətin oyun gözləyir. Bu qarşılaşmada qələbə qazanmalıyıq".
Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.