Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin yığmaya dəvət etməməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 66 yaşlı mütəxəssis bu barədə Slovakiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında danışıb:
"Qara Qarayev milliyə çağırılmamasının səbəbini yaxşı bilir. Ola bilər ki, bilmədiyini desin, amma bildiyinə əminəm”.
Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində Slovakiyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.