Azərbaycan millisinin və Almaniya "Şalke"nin əvəzedici komandasının hücumçusu Rüfət Dadaşovun burnu sınıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı hücumçu bu səbəbdən artıq 2-ci oyundur meydana qoruyucu maska ilə çıxır.
Qərb Regional Liqası çərçivəsində "Köln"ün əvəzediciləri ilə oyunda (5:0) fərqlənən təcrübəli forvard maska ilə oynamağın çətin olduğunu bildirib: "Bəzi ötürmələri çox gec görürəm. Sevindirici haldır ki, qarşıda bizi fasilə gözləyir. Ümud edirəm ki, yeni ildən maskasız oynaya biləcəyəm".
Qeyd edək ki, Rüfət Dadaşov cari mövsüm "Şalke 2"nin heyətində 7 qol vurub.