Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə keçirəcəyi oyunun yekun “23-lüy”ü bəllidir.
Fanat.Az saytı xəbər verir ki, baş məşqçi Canni de Byazi daha bir oyunçunu heyətdən çıxarıb.
U-21-in düşərgəsinə yollanan Cəlal Hüseynovdan sonra digər müdafiəçi Azər Salahlının da estonlarla qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, bu gün “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.