21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi daha iki oyunun stadionu bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Yığmamız oktyabrda Şimali İrlandiya və Lüksemburqu “Dalğa Arena”da qəbul edəcək. Matçlar müvafiq olaraq oktyabrın 12-də və 17-də keçiriləcək.
Qeyd edək ki, seçmə mərhələnin ilk turunda millimiz sentyabrın 12-də Stara Pazova şəhərində Serbiyanın qonağı olacaq.