15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Estoniyanın paytaxtı Tallində təşkil ediləcək UEFA İnkişaf turnirinə qatılacaq.
Fanat.Az xəbər verir ki, yarış avqustun 20-dən 28-dək baş tutacaq.
Yığmamız turnirdə 3 görüşdə qüvvəsini sınayacaq. Komanda ayın 22-də Bosniya və Herseqovina, 24-də Estoniya, 27-də isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
U-15 turnirə hazırlıq məqsədilə sabahdan ayın 20-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Yekun heyət Bakı toplanışından sonra bilinəcək.