Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində Monteneqronun uyğun yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, "Dalğa Arena"da baş tutan matç Füzuli Məmmədovun yetirmələri rəqibini darnadağın edib - 4:1.
Amid Qasımovun dubl etdiyi oyunda millinin digər qollarını Ömər Kərimov və Hikmət Cəbrayılzadə vurublar.
Komandalar arasında növbəti oyun avqustun 18-də baş tutacaq.