Bakıda Azərbaycan və Belçika komandaları arasında keçiriləcək AÇ-2024-ün seçmə mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına tapşırılıb.
FİFA referisi Nenad Minakoviçə yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.
Sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika matçı saat 17:00-da başlayacaq.
Baş hakim: Nenad Minakoviç
Baş hakinin köməkçiləri: Slobodan Pavloviç, Nikola Boroviç
Dördüncü hakim: Milan Mitiç
VAR: Novak Simoviç
AVAR: Momcilo Markoviç (Hakimlər briqadası Serbiyadandır)