13:00 10.09.2023 1530

Milli üzvləri Belçika ilə oyunda nə ilə yadda qaldılar? - QİYMƏTLƏNDİRMƏ

Milli şənbə günü AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirdi. Belçikanı qonaq edən Canni De Byazinin rəhbrəlik etdiyi kollektiv qrupda ən yaxşı oyununu məhz bu komandaya qarşı sərgilədi. Düzdür, yığma seçmə mərhələdəki 3-cü məğlubiyyətdən qaça bilmədi. Amma meydanda istəkli, döyüşkən, rəqibdən çəkinməyən bir komanda gördük. Görüşün taleyini buraxılan kuryoz qol həll etdi.

Fanat.Az
milli üzvlərinin qiymətləndirilməsini (10 balılıq şkala ilə) təqdim edir:

Şahruddin Məhəmmədəliyev - 6,0
Bu həftə "Qarabağ"dan ayrılıb Türkiyənin "Adana Dəmirspor" klubuna keçən Şahruddin inamlı oyunu ilə azarkeşlərin rəğbətini qazandı. Təsadüfi deyil ki, "Dalğa Arena"ya toplaşan azarkeşlər bir neçə dəfə onun adını çəkib alqışladılar. Halbuki, avrokuboklardakı səhvlərinə görə son vaxtlar təzyiqlə üzləşmişdi. Bir neçə epizodda çıxışları və seyvləri ilə diqqət çəkən qolkiper fərqin böyüməsinə imkan vermədi.

Bəhlul Mustafazadə - 6,5
Belçika ilə matçda millinin arxa xəttinin üzərinə böyük yük düşdü ki, bu mənada kuryoz qol istisna olmaqla, müdafiəçilərin işinin öhdəsindən gəldiyini deyə bilərik. Bəhlul isə istisnasız olaraq, nəinki müdafiənin, ümumiyyətlə komandanın ən yaxşısı idi. Bir neçə epizodda kritik müdaxilələri ilə rəqibin hücumçularının sevinməsinə mane olan müdafiəçinin "Qarabağ"da qazandığı təcrübə göz qabağındadır.

Rahil Məmmədov - 5,5
Bəhlulla müqayisədə klubunda az şans qazanan Rahil dünənki matçda yaxşı mənada yadda qaldı. Hər halda, müdafiənin mərkəzində inamlı oyunu ilə seçilən futbolçu tez-tez mübarizələrə girişdiyi Lukakunun fərqlənməsinə imkan vermədi.

Anton Krivotsyuk - 5,5
Cənubi Koreyada legioner həyatı yaşayan Anton beşli müdafiə xəttində yaxşı təsir bağışladı. Müdafiə xəttimiz sıx oynamaqla rəqibin mərkəzdən hücumlarını zərərsizləşdirməyə çalışırdı ki, bu mənada Krivotsyuk demək olar səhvsiz idi.

Elvin Cəfərquliyev - 6,0
Oyunun ən yaxşılarından biri məhz Elvin idi. Onun cinahı daha işlək təsir bağışladı. Bir neçə dəfə soldan reyd edib rəqibi həyəcanlandırann Cəfərquliyev bir qədər soyuqqanlı olsaydı, görüşün sonlarında özü bərabərlik qolunu vura bilərdi.

Coşqun Diniyev - 5,0
Görüşün taleyini həll edən qoldakı səhvini nəzərə almasaq, Coşqun oyunun yaxşılarından idi. Sadəcə, yarımmüdafiə xəttində topu itirdikdən sonra rəqib topu ələ keçirib hücum qurdu və sonda bəxtsiz qol qeydə alındı. Diniyev bir epizodda uzaqdan baxımlı zərbəsi ilə diqqət çəkdi ki, rəqib qapıçı əla seyvlə qola imkan vermədi.

Emin Mahmudov - 5,0
Millinin kapitanı bu dəfə zəif oyunu ilə yadda qaldı. Qarşılaşmanın əvvəlində əlverişli qol imkanını qaçırmasaydı, bəlkə də meydandan xalla ayrılmaq mümkün olacaqdı.

Toral Bayramov - 5,0
Toralın oyunu da istənilən kimi alınmadı. Hər halda, onun cinahı passiv görünürdü və rəqib də bunu hiss edib əsasən sağdan həmlələrə üstünlük verirdi. Beləliklə Toralın ifasında alışdığımız reyd və asmaları görə bilmədik.

Aleksey İsayev - 5,0
"Sabah"ın lideri hələki millidə ümidləri doğrultmur. Yorğun görünən yarımmüdafiəçi tez-tez top itirirdi.

Renat Dadaşov - 5,0
Renat hücumda o qədər də "dişli" görünmədi. Yalnız bir epizodda diqqət mərkəzinə düşdü ki, Ramil Şeydayevin cinah asmasını başla "çərçivə"yə ünvanladı. Di gəl, Belçikanın qapıçısı əla seyvlə topu tirin altından çıxara bildi. Əslində, gənc forvard irəlidə topla çox təmin olunmadı. Təsadüfi deyil ki, baş məşqçi sonda onu əvəzlədi.

Ramil Şeydayev - 5,5
Renatdan fərqli olaraq, Ramil fəallığı ilə diqqət çəkdi. Çox vaxt həm geriyə çəkilib müdafiədəki komanda yoldaşlarına kömək, həm də cinahda effektli keçidləri ilə rəqibi arxaya çəkilməyə vadar edirdi. Görünən odur ki, Taylanda getməsi Şeydayevin formasına pis mənada təsir göstərməyib.

Musa Qurbanlı - 4,5
Meydanda az olması, sonradan oyuna qoşulduğu üçün matça tam köklənə bilməməsi səbəbindən Musanın effektini hiss etmədik. Hərçənd, bir epizodda toru yandan silkələdi. İrəlidə pressinq etsə də, hesabı bərabərləşdirmək üçün ciddi şansı olmadı.

Emin Səfərov - 5,0
"Qəbələ"nin yarımmüdafiəçisi oyuna pis qoşulmadı. Debüt matçına çıxan Emin bir-iki epizodda müdafiədə top aldı, həmçinin irəlidə rəqibin əks-hücumlarını önlədi.

Mahir Emreli - 4,5
Oyuna əvəzetmədən qoşulan Mahir meydanda olduğu təxminən yarım saat ərzində fəal görünməyə çalışırdı. Bir-iki epizodda top saxlayıb cərimə meydançasının önündən zərbə vurmağa cəhd etdi. Cinahdan mərkəzə meyllənməklə irəlidə hərəkətli görünürdü.

Filip Ozobiç - qiymətsiz

Yusif Nəbiyev - qiymətsiz

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X