Azərbaycan Futzal Federasiyasının rəsmisi Elşən Abbasov DÇ-2024-ün elit mərhələsinin oyunundan əvvəl milli üzvləri ilə görüşüb.
Fanat.Az xəbər verir ki, federasiyasının vitse-prezidenti futzalçıları dinləyib.
O, Qazaxıstanla keçiriləcək oyunla bağlı federasiya prezidenti Zaur Axundovun tapşırıqlarını çatdırıb.
Oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Qazaxıstan matçı saat 20:00-da başlayacaq.