Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv V turda Kiprin qonağı olacaq.
Matç saat 21:00-da başlayacaq. Görüşü Karoline Lanssensin başçılıq etdiyi belçikalı hakimlər briqadası idarə edəcək.
Hazırda qrupda 10 xalla birinci pillədə qərarlaşan yığmanın ən yaxın izləyicisi ilə görüşü prinsipiallıq daşıyır. Əsgərovun komandası 7 xalla ikinci sırada olan "adalılar"a qalib gəlsə, qrup liderliyini bir tur əvvəldən təmin edərək B Liqasına vəsiqəni rəsmiləşdirəcək.