10:55 30.05.2024 457

Azərbaycan millisinin rəqibləri müəyyənləşir

Bu gün final mərhələsi Riqa və Kaunasda (Latviya və Litvada) keçiriləcək futzal üzrə AÇ-2026-nın əsas mərhələsinin püşkü atılacaq.

Fanat.Az
xəbər verir ki, saat 14:15-də başlayacaq püşkatmada 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək.

Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq.

Püşkatma mərasimində ölkəmizi futzal üzrə A milli komandanın meneceri Fərrux Hüseynzadə təmsil edəcək.

Artıq komandalar UEFA-nın reytinq cədvəlindəki yerlərinə uyğun olaraq səbətlərə bölünüb. Reytinq cədvəlinin 16-cı pilləsində qərarlaşan millimiz 3-cü səbətdə yer alıb və qrupunun ikinci komandası olacaq. Onu da qeyd edək ki, 3-cü səbətdə yer alan komanlar qrup mərhələsində millimizin rəqibi olmayacaqlar.

1-ci səbət (qrupunun 4-cüsü)

Albaniya, Norveç, Yunanıstan, Türkiyə, Kipr, İsveçrə, Bolqarıstan, Andorra, Malta, Avstriya

2-ci səbət (qrupunun 3-cüsü)

Belarus, Moldova, Belçika, Şimali Makedoniya, Almaniya, İsveç, Monteneqro, Kosovo, İngiltərə, Danimarka

3-cü səbət (qrupunun 2-cisi)

Niderland, İtaliya, Çexiya, Rumıniya, Azərbaycan, Gürcüstan, Slovakiya, Macarıstan, Ermənistan, Bosniya və Herseqovina

4-cü səbət (qrupunun 1-cisi)

Portuqaliya (son qalib), İspaniya, Qazaxıstan, Ukrayna, Xorvatiya, Finlandiya, Fransa, Polşa, Sloveniya, Serbiya

Qeyd: UEFA İcraiyyə Komitəsinin qərarı ilə bu komandalar eyni qrupda yer ala bilməzlər:

Belarus və Ukrayna, Kosovo və Bosniya və Herseqovina, Kosovo və Serbiya

AÇ-2026-nın oyun günləri:

Əsas mərhələ: 9-18 dekabr 2024, 27 yanvar – 5 fevral 2025, 3-12 mart 2025, 7-16 aprel 2025.
Pley-off/püşkatma: 15 may 2025
Pley-off/oyunlar: 15-24 sentyabr 2025
Final mərhələsi (Latviya və Litva): 18 yanvar – 8 fevral 2026

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

Facebookdan bizi izləməyi unutmayın.
X