19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovada təşkil ediləcək yoldaşlıq turnirinə hazırlıq çərçivəsində yoxlama görüşü keçirib.
Fanat.Az xəbər verir ki, yığma "Neftçi-2" ilə qarşılaşıb.
Matç Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutub. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Millinin heyətində Niyazi Osmanov fərqlənib.
Qeyd edək ki, milli iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində keçiriləcək turnirdə iştirak edəcək. Yığma iyunun 4-də, Bakı vaxtı ilə saat 20:30-da Qazaxıstanın U-19, iyunun 7-də, saat 18:00-da Türkiyənin U-20, ayın 10-nu saat 20:30-da isə Moldovanın U-19 komandası ilə üz-üzə gələcək.