Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, B Liqasının I qrupunda yer alan millimiz Türkiyə seçməsi ilə qarşılşacaq.
"Ərzincan 13 Şubat" şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 21.00-da səsləndiiləcək və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı fransalı hakim Aleksandra Kollin idarə edəcək.
Qeyd edək ki, yığmamız buna qədər səfərdə Macarıstanla heç-heçə (1:1) oynayıb, evdə isə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub. Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda 1 xalla qrupda sonuncu - 4-cü pillədə qərarlaşıb.
Avropa Çempionatı
B Liqası, I qrup
31 may
21.00. Türkiyə (Qadınlar) – Azərbaycan (Qadınlar)
Baş hakim: Aleksandra Kollin (Fransa)
"Ərzincan 13 Şubat stadionu".