Azərbaycan millisi Macarıstanda keçirilən yoldaşlıq oyunları sayəsində reytinq xalını artırıb.
Fanat.Az xəbər verir ki, Albaniya və Qazaxıstanla görüşlər komandamızın FIFA reytinqinə ümumilikdə 2,1 xal gətirib.
Baxmayaraq ki, ilk matçdakı məğlubiyyət 3,2 xal itkisi ilə nəticələnib. Ancaq Qazaxıstanla oyunda əldə olunan qələbə 5,3 xallıq qazanc gətirib.
Beləliklə, son cədvəldə 1177,83 xalla 112-ci olan Arif Əsədovun yetirmələri aktivini 2,1 xal artırıb.
FIFA növbəti reytinq siyahısını iyunun 20-də açıqlayacaq.