Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan Siyasət Əsgərovun komandası səfərdə İsveçrə ilə qarşılaşıb.
Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda baş tutan görüş millimizin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, B Liqasının 1-ci qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə mübarizə aparan Azərbaycan millisi 4 xalla sonuncu pillədə qərarlaşıb.
Avropa çempionatı
Seçmə mərhələ
16 iyul
İsveçrə - Azərbaycan 3:0
Hakimlər: Miriama Boçkova, Miroslava Pastorekova, Aleksandra Varqova, Suzana Valentova (hamısı Slovakiya).
Lozanna, "Olimpik De La Pontez" stadionu.