"Estoniya ilə matçda 3 xal qazanacağımıza inanıram".
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan yığmasının müdafiəçisi Abbas Hüseynov deyib.
O, UEFA Millətlər Liqası çərçivəsində Estoniya ilə keçiriləcək oyunda yaxşı nəticə qazanmağa çalışacaqlarını bildirib: "Yaxşı hazırlaşmışıq. Komandada ruh var. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Əlimizdən gələni edəcəyik. İnanıram, 3 xalla vətənə dönəcəyik.
Bəli, ağır zədədən dönmüşəm. Şükürlər olsun, tədricən düzəlirəm. Çalışıram optimal formama yaxın olum. İnanıram ki, getdikcə daha yaxşı oynayacağam".