21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusda təlim-məşq toplanışı keçəcək.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, gənclər sözügedən ölkədə iki yoldaşlıq görüşü keçirəcək.
U-21 hazırlıq çərçivəsində noyabrın 16-da və 19-da Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Oyunların yeri və başlama saatı barədə məlumat veriləcək.