17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə start verib.
Fanat.Az xəbər verir ki, U-17 birinci seçmə mərhələsində Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
B Liqasının V qrupunda yer alan yığmanın Lüksemburqun Bettemburq şəhərində yerləşən “Munisipial” stadionundakı matçı uğursuz alınıb.
Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektiv Serbiyaya 0:10 hesabı ilə uduzub. Bununla serblər A liqasına vəsiqə əldə ediblər.
U-17 qrupda növbəti görüşünü noyabrın 2-də Lüksemburqa qarşı keçirəcək.