19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, yığmamız Xorvatiyada keçirilən turnirdə meydan sahibləri ilə qarşılaşıb.
Oyun 3:3 hesabı ilə bitib. Bu heç-heçə U-19-un əsas mərhələdə qazandığı ilk xal olub.
Millimiz qrupda son oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Təmsilçimiz ilk turda Bosniya və Herseqovinaya 2:10 hesabı ilə yenilib.
Xorvatiya – Azərbaycan 3:3
Qollar: Leon Ferençek, 2:48, 34:24, İvan Posaveç, 39:48 – Fariz Hüseynov, 6:56, Ədalət Ələkbərov, 16:11, 39:59.
Qırmızı vərəqə: Hüseyn Abdulov, 26:02.
Hakimlər: Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya)
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya)
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabritsio Di Felice (İtaliya)
Omiş. Ribnjak İdman Sarayı.