Futbol üzrə Cənubi Koreya çempionatında 6-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” “Qvanqju”nu qəbul edib.
Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Start "11-lik"də yer alan Krivotsyuk 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, 6 tura 13 xal toplayan “Daejeon” turnir cədvəlinin zirvəsində mövqe tutub.