18:30 12.04.2025 133

"Oyundan biz qalib ayrılmalı idik" - Debütdə fərqlənən milli üzvü

Avropa çempionatının əsas mərhələsində növbəti oyununu keçirən Azərbaycan millisi İsveçlə qarşılaşıb. 

Fanat.Az xəbər verir ki, meydan sahibi komandanın qələbəsi (4:3) ilə başa çatan matç yığmamızın üzvü Rüstəm Bağırov üçün fərqli göstərici ilə yadda qalıb. 

Belə ki, millidə debüt edən futzalçı qol da vurmağı bacarıb. Debüt görüşü haqda futzalçı federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Oyuna yaxşı hazırlaşmışdıq. İsveçə də oyundan 2 gün əvvəl gəlməyimiz xeyrimizə olmuşdu. Çünki biz Bakıda parket örtükdə məşq edir və oynayırıq. Burada isə örtük terafleksdir. Bu örtükdə oynamaq çətindir. Oyuna gəldikdə, baş məşqçinin dediklərini etməyə çalışdıq. Yaxşı başladıq, ardıcıl 2 qol vurduq. Bunun davamını gətirmək üçün də şanslarımız oldu. Təəssüf ki, şanslardan düzgün istifadə edib fərqi artıra bilmədik. İkinci hissədə isə üstünlük rəqibdə idi. Belə alınmağında fiziki baxımdan onlardan geri qalmağımız rol oynadı. Məcbur olub müdafiədən oynadıq. Sadə səhvlərə yol verdik və oyunboyu qazandığımız üstünlüyü qoruya bilmədik. Halbuki birinci hissədəki oyuna və epizodlara görə biz qalib ayrılmalı idik.

Millinin heyətində ilk oyunuma çıxdım. Hər bir idmançının arzusu, stimuludur ki, ölkəsinin şərəfini qorusun. Oyunun gedişində qol hesabımı da açdım. Təbii ki, hər iki göstərici şəxsi karyeram baxımından yaxşıdır. Ancaq çox istəyərdim ki, Helsinqborqdan qələbə ilə dönək. Yenə deyirəm, komandamız 3 xal qazanmağa layiq idi.

Bu oyunu unudub aprelin 15-də Xorvatiya ilə keçirəcəyimiz matça köklənməliyik. Qrupda son oyunumuz olacaq. Doğma meydanda oynayacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 May 2025
12:27

İngiltərə futbolu tarixində bu qədər kubok qazanılmamışdı

12:08

"Real Madrid" ulduzu ilə bağlı qərarını dəyişdi - SON DURUM

11:50

Jonatan Ta "Bayern Münhen"də - RƏSMİ

11:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:16

"Araz-Naxçıvan"da daha bir yeni müqavilə - RƏSMİ

10:58

İspaniya millisinin sabiq oyunçusu klubsuz qaldı

10:39

Finala doğru: Qurbanov 7, Berezutski ilk üçün

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:43

Premyer Liqada mövsümün rəmzi komandası müəyyənləşdi - Nə "Arsenal"dan oyunçu var, nə də "Mançester Siti"dən

09:22

Minifutbol: Azərbaycan millisi İngiltərəylə qarşılaşır

09:00

Səudiyyə Ərəbistanında mövsümün ən yaxşı oyunçusu bilindi - Ronaldu deyil

00:51

UEFA Konfrans Liqasının qalibi müəyyənləşdi

00:03

Azərbaycanın çimərlik güləşçiləri AÇ-də 3 medal qazandılar

28 May 2025
23:50

DÇ: 1/4 finalın bütün cütləri müəyyənləşdi

23:34

DÇ: Gürcüstan 1/4 finala yüksələ bilmədi

23:06

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

22:44

"Bu anı səbirsizliklə gözləyirəm" - Zidan Fransa yığmasından danışdı

22:07

DÇ: Çexiya 4 cavabsız qolla 1/4 finalda

21:40

"Traktor" baş məşqçisi ilə müqavilə yenilədi -RƏSMİ

21:15

"Fiorentina"nın baş məşqçisi istefa verdi - Bir neçə gün öncə müqavilə bağlamışdı

20:54

"Ümid edirəm ki, tortu gilənarla bəzəyəcəyik" - Lautaro Martines

20:17

Futbolçu faciəli şəkildə vəfat etdi

19:49

"Belə matçlarda iştirak etməyi uşaqlıqdan arzulayırsan" - Usman Dembele

19:06

DÇ: Növbəti 1/4 finalçı bilindi

18:49

"Şamaxı" tanzaniyalı yarımmüdafiəçi ilə anlaşdı - RƏSMİ

18:10

Pley-off qarşılaşmasını "Difai" qazandı

17:54

Slot ən yaxşı məşqçi seçildi

17:23

İsveçli əfsanə klubsuz qaldı

16:52

"Mbappedən Messinin üslubunda oynamağı xahiş etməyin" - Mişel Platini

16:11

"ASK Arena"da “Fair Play Matçı” keçirilib

15:57

"Çelsi" və "Betis" fanatları dalaşdılar

15:06

"Sabah"ın ilk finalı

14:55

"Qarabağ" Azərbaycan Kubokunun mütəq rekordçusudur

14:24

Pelleqrini "Çelsi"yə qarşı final oyunundan öncə belə danışdı

13:47

Gökhan Gönül istefa verdi

13:14

Özbəkistanın U-16 millisi Bakıya gəlib

12:39

"Həm Ukraynada, həm də Avropada kuboklar qazanmaq istəyimiz böyükdür" - Arda "Şaxtyor"a keçidini dəyərləndirdi

12:02

"Araz-Naxçıvan"da 2 yeni müqavilə - RƏSMİ

11:44

Avroliqanın qalibi "Bayern"in ulduzuna elçi düşdü - SON DURUM

11:15

Avropa çempionatı və Dünya Kuboku gələn il Azərbaycanda keçiriləcək

Facebookdan bizi izləməyi unutmayın.
X