Azərbaycanın futzal millisi bu gün növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda Avropa çempionatının əsas mərhələsi çərçivəsində son matçına çıxıb.
Qrup lideri Xorvatiya ilə qarşılaşan yığmamız ilk qələbə həsrətində olsa da, bunu reallaşdıra bilməyib. Əksinə, Bakı İdman Sarayında baş tutan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, qrupun digər görüşündə Yunanıstan İsveçə uduzub - 2:4.
AÇ-2026
Əsas mərhələ
15 aprel
Azərbaycan – Xorvatiya 1:4
Qollar: Oktay Rüstəmli, 21:05 - David Mataja, 5:56. Yosip Yurlina, 8:48. David Mataja, 11:05. Nikola Qudasiç, 31:33.
Hakimlər: Yiangos Yiangou, Nicolas Nicolaou, Theocharis Theocharous (hamısı Kipr)
Bakı İdman Sarayı
Azərbaycan: 1. Emin Kürdov (q, k), 5. Oktay Rüstəmli, 7. Xəzər Ağalızadə, 10. Murad Quluzadə, 14. Tofiq Mikayılov, 12. Vladislav Reznov (q), 8. Rüstəm Bağırov, 3. Kənan Manafov, 4. Fərid Atakişiyev, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 2. Eldar Zeynalov, 17. Nurlan Mehdizadə, 20. Novruz Kazıxanov,
Baş məşqçi: Vitali Borisov
Xorvatiya: 12. Vinka Rozga (q), 4. Duje Kustura, 10. Yosip Yurlina, 16. Marko Kuraja, 17. Antonio Sekuliç (k), Ante Piplica (q), 20. Nikola Çizmiç (q), 3. Nikola Gudasic, 5. Dean Moravac, 6. David Barbariç, 7. Kristian Çekol, 8. Niko Vukmir, 11. Yakov Hrstiç, 15. David Maraya,
Baş məşqçi: Marinko Mavroviç
1. Xorvatiya 6 6 0 0 25-6 15
2. Yunanıstan 6 2 1 3 11-16 7
3. İsveç 6 2 1 3 16-21 7
4. Azərbaycan 6 0 2 4 13-24 2