Azərbaycanın oğlanlardan ibarət basketbol üzrə U-16 millisi Avropa çempionatının C divizionunda ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, millimiz San Marino yığması ilə qarşılaşıb.
B qrupunda yer alan U-16 mübarizəyə qələbə ilə başlayıb. Matç millimizin 105:60 (25:22, 32:5, 21:17, 27:16) hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan qrupda növbəti oyunlarını Andorra (6 iyul), Lüksemburq (9 iyul) və Cəbəllütariq (10 iyul) komandalarına qarşı keçirəcək.